60 yaşlı qadının öd yollarından müxtəlif ölçülü 100-dən çox daş çıxarılıb
09.02.2023 10:47
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında növbəti ağır durumda olan xəstənin üzərində uğurlu əməliyyat aparılıb.
Klinikadan Aztibb.az-a verilən məlumata görə, həkimlər 60 yaşlı qadın xəstənin öd yollarından müxtəlif ölçülü 100-dən çox daş çıxarıblar.
ATU-nun Tədris Cərrahiyyə Klinikasının qastroenteroloqu Fərahim Məmmədzadə bildirib ki, xəstə mədəsinin üstündə kəskin dözülməz ağrı ilə müraciət edib. Bəlli olub ki, digər klinikada xanımdan heç bir analiz götürmədən ona parazitlərə qarşı ağır dərman təyin olunub. Bu preparat isə xəstənin mədəsində tutma xarakterli sancı yaradıb:
“Lakin müayinə zamanı xəstənin mədəsində problem olmadığını aşkarladıq. Ağrının formasından öd yollarının ağrısı mədənin üstünə epiqastral nahiyyəyə yönəlib. Öd kisəsi sağ qabırğaya ağrı verir, öd yolunda daş olanda isə mədənin giriş hissəsinə, döş qəfəsinin bitəcək hissəsinə ağrı verir. Digər əlamətlərə görə, öd yolunda daşlardan şübhələndiyimizdən xəstəyə MRT təyin olundu. Cavabında öd yollarında ölçüləri 5 mm-dən 3 sm-ə qədər 100-dən çox daş aşkarlandı”.
Fərahim Məmmədzadənin apardığı əməliyyat zamanı xəstədə ERCP əməliyyatı icra olunub, sfinkter kəsiyindən daşlar çıxarılıb. Ən böyük daşın çıxarılması mümkün olmadığına görə, onun yanına stend taxılıb. Müəyyən müddət ərzində həmin daşı əridəcək və sonradan onun çıxarılması rahat olacaq.
Qastroenteroloqun sözlərinə görə, RCP əməliyyatı olunmuş xəstələrdə yenidən daşların əmələ gəlmə ehtimalı çox azdır. Çünki sfinkter kəsilmiş olduğundan, növbəti durğunluq zamanı yaranmış qumlar, kiçik daşlar öd yolunda ləngimir. Uzun illər sonra daş yaranmış olsa belə, xəstə yenə əməliyyatsız üsulla bu daşlardan azad olur.
F.Məmmədzadə qeyd edib ki, az hallarda olsa da, bəzən körpələrdə də öd yolundan daş çıxarılır. Həkim gözlərdə saralma, sidikdə tündləşmə müşahidə olunan zaman öd yollarının müayinəsini məsləhət görür.
Bu bölməyə aid digər xəbərlər
Mərkəzi Neftçilər Xəstəxanasında ürəyi dayanan pasiyent həkimlərin operativ müdaxiləsi ilə həyata qaytarılıb
21.10.2026 | 16:17
Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib
21.10.2026 | 14:40
Patronaj xidməti ailələrə daha yaxın: 300-dən çox şəxs tibbi müayinələrə cəlb olunub
21.10.2026 | 14:34
Azərbaycanda uşaqlarda FMF üzrə ilk milli tədqiqat
20.10.2026 | 14:22
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
YAP-nın VIII Qurultayından irəli gələn vəzifələr və səhiyyə sahəsinin qarşısında duran hədəflər müzakirə olunub
20.10.2026 | 10:57
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
20.10.2026 | 09:05
20 oktyabr – Ümumdünya Osteoporozla Mübarizə Günüdür
20.10.2026 | 08:17
Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub
19.10.2026 | 15:02
Baş Klinik Hospitalda mürəkkəb açıq ürək əməliyyatı uğurla icra olunub
19.10.2026 | 12:26
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

