Yoluxucu xəstəliklər kafedrasının rezidentləri müəllimlər qarşısında çıxış edib
09.02.2023 09:43

Azərbaycan Tibb Universitetinin (ATU) yoluxucu xəstəliklər kafedrası son iki il ərzində istər elmi, istər tədris-metodiki, istərsə də nizam-intizam sahəsində ciddi nailiyyətlər əldə edib. Bundan əlavə, tələbələrin Tələbə Elmi Cəmiyyətinin işində fəal iştirakı və onların aktiv çıxışları təşkil olunub.

 

Aztibb.az ATU-ya istinadla xəbər verir ki, ilk dəfə olaraq yanvar ayında kafedranın müdiri, dosent Cəlal İsayevin rəhbərliyi, eləcə də kafedra müdirinin elmi işlər üzrə müavini, dosent Mirzamin Muxtarov və tədris hissə müdiri, dosent Vüqar Cavadzadənin birgə təşkilatçılığı ilə “İnfektologiyanın aktual problemləri” mövzusunda rezidentlərin elmi-praktik seminar məşğələləri keçirilib. Qeyd edək ki, hazırda Yoluxucu xəstəliklər kafedrasında 34 rezident təhsil alır.

 

Seminarda II, III və IV kursun rezidentlərindən Adil Əliyev, Leyla Bağırova, Gülxanım Ağazadə, Leyla Qədirova, Aidə Əlistanova, Mədinə Həsənova, Misri Qasımova, Mələk Səlimli, Nurlana Hüseynova, Səbinə Həsənzadə, Vəfa Şıxıyeva, Yetər Məmmədova, Günay Süleymanova, Zərifə Rəsulova, Aysel Şirinova, Şirin Mehdiyeva, Aidə Şəkərova, Aynur Qurbanova, Təyyurə Ağayeva, İsmayıl İsmayılzadə və Bahar Quluzadə tibbin bu sahəsi üzrə hazırda aktual olan bir sıra mövzularda maraqlı çıxışlar ediblər.

 

Mövzuların hazırlanması zamanı kuratorlar, kafedra müdiri Cəlal İsayev, professor Elçin Hüseynov, dosentlər Ələsgər Vəliyev, Mirzamin Muxtarov, Sədrəddin Atakişizadə, Vüqar Cavadzadə, Natiqə Xudaverdiyeva, Gülnarə İbrahimova, Sulduz Əhmədova, Reyhan Bəylərova, Könül Cəfərova, assistentlər Gülnarə Kərimova, Xeyransa Əhmədzadə və t.ü.f.d. Samir Məmmədov rezidentlərə öz təklif və tövsiyələrini veriblər. Rezidentlər tərəfindən təqdim edilən mövzular kuratorlar və digər müəllim-əməkdaşlar tərəfindən maraqla qarşılanıb. Kafedradan bildirilib ki, gələcəkdə də bu istiqamətdə belə elmi-praktik seminarların keçirilməsi nəzərdə tutulur.

 

Qeyd edək ki, kafedrada I kurs üzrə təhsil alan 11 rezidentin iyun ayında müxtəlif mövzular üzrə çıxışları planlaşdırılır. Bu kimi tədbirlər rezidentlərin elmi-praktik işlər üzrə təcrübələrinin artırılması və onların müstəqil fəaliyyətində mühüm rol oynayır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır