Türkiyədə yerli COVID-19 peyvəndin insan üzərində sınaqlarına başlanılır - Açıqlama 
05.10.2020 09:52

Türkiyənin Səhiyyə Naziri Fahrettin Koca ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğana yeni növ koronavirusa (COVID-19) qarşı yerli peyvənd hazırlanması üzrə tədqiqatlarda insan üzərində sınaqlara başlanılan üçüncü mərhələyə keçildiyi barədə məlumat verib.

 

"Türkiyədə COVID-19-a qarşı hazırlanan 13 peyvənddən biri olan, Erciyes Universiteti və Nazirlik tərəfindən dəstəklənən, Aykut Özdarendelin aylardır üzərində çalışdığı peyvəndin heyvanlar üzərində sınaqları müvəffəqiyyətlə tamamlanıb”, – deyə nazir vurğulayıb.

 

Aztibb.az medimagazin.com.tr-yə istinadla xəbər verir ki, F.Koca 19 transgen heyvan üzərində aparılan araşdırmada 10 heyvana virus yeridildiyini, 9 heyvan üçün isə nəzarət qrupu yaradıldığını bildirib. Nəzarət qrupundakı 9 heyvanın peyvənd olunmadığını söyləyən nazir iki həftə sonra, hər iki qrupdan peyvənd olunan 10 heyvanın virus yeridildiyi halda ölümlə nəticələnmədiyini və ağciyərlərində virus aşkarlanmadığını qeyd edib.

 

O, nəzarət qrupunda olan, peyvənd olunmayan 9 transgen heyvandan 4-nün öldüyünü, 5-nin ağciyərində virus aşkarlandığını diqqətə çatdırıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub