Tural Behbudsoy - "Yeni Klinika"nın travmatoloq-ortopedi 
07.02.2023 09:21

Aztibb.az "Həkimlərimizi tanıyaq!" rubrikasında peşəkar səhiyyə işçilərini tanıtmaqda davam edir. 

 

Rubrikamızda bu dəfə "Yeni Klinika" tibb müəssisəsinin travmatoloq-ortopedi Tural Behbudsoy haqqında məlumatları diqqətinizə çatdırırıq.

 

Tural Behbudsoy 2006-2012-ci illərdə Azərbaycan Tibb Universiteti təhsil alıb. 2012-2017-ci illərdə Elmi Təqdiqat Travmatologiya və Ortopediya İnstitutunda rezidentura (mütəxəssis) oxuyub. 2017-2019-cu illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında İdman travması və reabilitasiya ixtisası üzrə təhsil alıb. 
 
 
Həkimin icra etdiyi əməliyyatlar:
Sınıq-travma cərrahiyyəsi;
Artroplastika - bud-çanaq, diz oynağı endoprotezləşdirilməsi;
Əl cərrahiyyəsi;
Artroskopik cərrahiyyə;
Anadangəlmə və qazanılma deformasiyaların cərrahiyyəsi və s.
 

O, 2009-cu ildə Ankara Tibb Universitetində “Nevrologiya", 2011-ci ildə həmin universitetdə “Ümumi cərrahiyyə", 2018-ci ildə London Universitetində “Travma sonrası reabilitasiya”, 2019-cu ildə Portuqaliyada "Oynaqdaxili müalicə", 2021-ci ildə Vyana Tibb Universitetində "Sümük və oynaq cərrahiyyəsi" kurslarında iştirak edib. Tural Behbudsoy, həmçinin bir çox yerli və xarici konfranslarda məruzəçi və iştirakçı kimi çıxış edib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib