Fövqəladə hallar zamanı Təcili Tibbi Yardım Qruplarının yaradılması müzakirə olunub
06.02.2023 19:18

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Təcili Tibbi Yardım Komandasının (TTYK) missiyası ilə görüşüb.

 

TƏBİB-dən Aztibb.az-a bildirilib ki, görüş missiyanın ölkəmizə rəsmi səfəri çərçivəsində baş tutub.

 

Görüşdə ÜST-nin Avropa Regional Ofisinin Səhiyyədə Fövqəladə Hallar Proqramının tərəfdaşlıq üzrə məsul nümayəndəsi Oleq Storoşenko, Cənubi Qafqaz üzrə Mərkəzin əlaqələndiricisi Vasili Esenamanov, TTYK təşəbbüsü üzrə baş məsləhətçi Nuran Higgins, TTYK-nin texniki məsləhətçisi Xorxe Salamanka, ÜST-nin Azərbaycandakı nümayəndəsi Hande Harmancı, ÜST-nin Azərbaycan Nümayəndəliyinin və TƏBİB-in məsul əməkdaşları iştirak ediblər.

 

Görüşdə bildirilib ki, TTYK təşəbbüsünün əsas məqsədi fəlakət, epidemiya və fövqəladə hallardan təsirlənən hökumətləri və əhalini yaxşı təlim keçmiş kadrlar tərəfindən həyata keçiriləcək cavab tədbirləri ilə təmin etməkdir. Fövqəladə hallar baş verdikdə, TTYK şəbəkəsi milli cavab tədbirlərinin bir hissəsi kimi xəstələrin müalicəsi, təcili tibbi yardım təminatçılarına təlimlərin verilməsi, onlara nəzarət, koordinasiyanın gücləndirilməsi, keyfiyyətin təmin edilməsi üçün əsas prinsip və standartlara riayət edilməsini təşkil edir.

 

Qeyd olunub ki, TTYK təşəbbüsü 2010-cu ildə Haitidə baş vermiş dağıdıcı zəlzələdən sonra yaradılıb və sürətlə fövqəladə hallar zamanı təcili yardım göstərmək üçün təlim keçmiş və hazırlanmış ixtisaslı tibbi qrupların əhəmiyyətli bir şəbəkəsinə çevrilib.

 

İndiyədək 37 beynəlxalq komanda artıq ÜST tərəfindən təsnif edilib, daha 100-ə yaxın komanda hazırda fövqəladə hallarda tibbi yardımın ən yüksək standartlarına cavab vermək üçün təsnifat prosesindən keçir.

 

ÜST-nin Avropa Regional Ofisinin Səhiyyədə Fövqəladə Hallar Proqramının tərəfdaşlıq üzrə məsul nümayəndəsi Oleq Storoşenko bildirib ki, başlıca məqsəd fövqəladə hallar səbəbindən yararsız hala düşən təsisatlar və səhiyyə sahəsində yaranan tələbatlar üzrə müvəqqəti tibbi yardım imkanlarını təmin etməkdən ibarətdir.

 

Səhiyyə işçiləri, həkimlər, tibb bacıları, paramediklər və köməkçi tibbi heyətdən ibarət olan bu briqadalar müxtəlif dövlətləri, qeyri-hökumət təşkilatlarını hərbi və beynəlxalq təşkilatları təmsil edə bilərlər.
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov Türkiyədə baş verən zəlzələ nəticəsində çoxsaylı insan tələfatından və yaralıların olmasından təəssüf hissi duyduğunu ifadə edib. O, dünyada baş verən bu cür fövqəladə hallar zamanı təkmilləşdirilmiş və düzgün koordinasiya edilmiş təcili yardımın önəmini vurğulayıb.

 

İcraçı direktor ÜST-nin fövqəladə hallar zamanı təcili yardım briqadalarının hazırlanması ilə bağlı missiyasının mühüm əhəmiyyət kəsb etdiyini bildirib. O, fövqəladə hallar zamanı erkən mərhələdə çevik və təxirəsalınmaz tibbi reaksiyaların verilməsinin əsas rol oynadığını qeyd edib. İcraçı direktor aidiyyəti dövlət qurumları ilə birgə əməkdaşlığın və beynəlxalq təcrübənin öyrənilməsinin gələcək fəaliyyət üçün əvəzsiz rolunu vurğulayıb.

 

Görüşdə aidiyyəti dövlət qurumları ilə birgə fövqəladə tibbi yardım qruplarının yaradılması qərara alınıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır