Qaraciyərə zərər verən virus aşkarlanıb – Qlobal epidemiya gözlənilir?
18.02.2023 09:55

Viroloq Vitali Zverev Fransada bir xəstədə aşkar edilən sirkovirusunun nə dərcədə təhlükəli olması barədə məlumat verib. 

 

Aztibb.az 5-tv.ru-ya istinadən xəbər verir ki, adətən heyvanların həssas olduğu naməlum sirkovirus növü 61 yaşlı hepatitli xəstədə tapılıb.   

 

Qaraciyəri yoluxduran bu yeni virus, insan sirkovirusudur I (HCirV-1).

 

Virusoloq eksklüziv müsahibəsində bunun insanlar üçün nə qədər təhlükəli olması və epidemiyaya çevrilmə ehtimalı barədə danışıb. 

 

“Virus poliomielit virusuna və ya hepatit A virusuna çox bənzəyir... İnsanlarda bu viruslar heç vaxt hər hansı epidemiyaya səbəb olmayıb. Buna görə düşünürəm ki, ondan qorxmağa dəyməz”, - deyə ekspert bildirib.  

 

Həmin xəstənin vəziyyəti 17 il əvvəl ürək və ağciyər transplantasiyası əməliyyatından sonra davamlı izlənilib. Müayinələr göstərib ki, qadında qaraciyər hüceyrələrinin 2-3%-i yoluxub. Bildirilib ki, antiviral müalicədən sonra orqanın vəziyyəti normallaşıb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev