Türkiyə Sümük-Oynaq Cərrahiyyəsi Cəmiyyətinin rəhbəri Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda olub
06.02.2023 12:20

Türkiyə Sümük-Oynaq Cərrahiyyəsi Cəmiyyətinin rəhbəri, professor Vedat Şahin Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda (ETTOİ) olub.

 

Səhiyyə Nazirliyindən Aztibb.az-a bildirilib ki, görüş zamanı qarşılıqlı əməkdaşlıq, birgə elmi araşdırmaların aparılması və kadr mübadiləsi ətrafında müzakirələr aparılıb.

 

Toplantıda iştirak edən səhiyyə nazirinin müavini İlqar Qasımov Vətən müharibəsi günlərində edilən hərtərəfli dəstəyə görə Türkiyənin ortopediya və travmatalogiya heyətinə təşəkkürünü bildirib.

 

Görüşdə 441 müəllif tərəfindən yazılan və professor Vedat Şahin tərəfindən nəşr edilən "Travmatalogiya və Ortopediyanın əsasları haqqında" 3 cildlik tədris kitabı İnstituta hədiyyə edilib.

 

Sonda qonaqlar ETTOİ-nin əməliyyatxana bloku, Artroplastika və artoskopiya şöbəsi ilə tanış olublar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır