Riskli əməliyyat uğurla nəticələnib
05.02.2023 10:45

Hər bir cərrahi əməliyyatın uğuru, ilk növbədə, onun nəticəsi ilə ölçülür. Yəni bəlli bir müddət keçdikdən sonra narahatlıq doğuran fəsadların baş verməməsi əsas şərtdir.

 

Aztibb.az xəbər verir ki, bu amili nəzərə alan ATU-nun Neyrocərrahlıq kafedrasının dosenti, Tədris Cərrahiyyə Klinikasının neyrocərrahı Cəmil İskəndərov öz pasiyentlərini daim nəzarətdə saxlayır, onların vaxtaşırı müayinədən keçməsinə xüsusi önəm verir. O, növbəti belə müayinəni bir il əvvəl əməliyyat etdiyi pasiyentin üzərində aparıb.

 

Rentgenoloji müayinə zamanı məlum olub ki, nəticə çox yaxşıdır. Pasiyent əməliyyatdan 2 ay sonra məktəbdə təhsilini davam etdirib. Hal-hazırda heç bir narahatlığı, ağrı-acısı, hərəkət məhdudiyyəti yoxdur. Onurğasında olan əyrilik 99 faiz düzəlib. Önə əyilmək, oturmaq, yürümək və digər fiziki hərəkətləri rahatlıqla edə bilir.

 

Həkimin sözlərinə görə, uşağın 12 yaşı olanda anası onun onurğasında əyrilik hiss etməyə başlayıb. Klinikaya isə keçən il müraciət olunub: “50 dərəcənin üzərində bir skolioz idi. Çiyinlərində və çanağında qeyri-simmetriya, onurğasında kobud deformasiya vardı. Bu əməliyyat riskli, eyni zamanda kosmetoloji xarakterlidir. Biz əməliyyat zamanı neyromonitordan istifadə edirik deyə, xəstədə sinir ağırlaşması baş vermədi. Çünki əməliyyat vaxtında icra ediləndə, deformasiyanı aradan qaldırmaq və maksimal effekt almaq mümkündür”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır