Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Gənclər Günü qeyd edilib
03.02.2023 15:56

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda (MBBİ) Gənclər günü münasibətilə tədbir keçirilib.

 

İnstitutdan Aztibb.az-a verilən xəbərə görə, MBBİ-nin baş direktoru, AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova tədbiri giriş sözü ilə açaraq bayram münasibətilə gəncləri təbrik edib. Akademik qeyd edib ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf etdirilən gənclər siyasəti, dövlətimizin gənclərə göstərdiyi diqqət və qayğı nəticəsində Azərbaycanda intellektual, milli düşüncəyə sahib gənclər formalaşır və onlar ölkənin ictimai-siyasi həyatında böyük rol oynayırlar. O, ölkədə gənclərin elmə cəlb olunması istiqamətində görülən tədbirlərdən, gənclərin xarici ölkələrdə təhsil alması üçün qəbul edilən dövlət proqramlarından bəhs edib.

 

Akademik İradə Hüseynova qeyd edib ki, hazırda institutun gənc mütəxəssisləri “Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”, AMEA və Fransanın Monpelye Universiteti arasında imzalanmış əməkdaşlıq sazişi əsasında elan edilən müştərək doktorantura proqramı, İslam İnkişaf Bankının PhD üzrə təqaüd proqramı çərçivələrində dünyanın aparıcı universitetlərində - Böyük Britaniyanın Oksford Universitetində, Fransanın Monpelye Universitetində, Belçika Krallığının Gent Universitetində, Fransa Respublikasının Grenoble Politexnik İnstitutunda, Türkiyə Respublikasının Bilecik Şeyh Edebali Universitetində doktorantura təhsili alırlar. Xaricdə təhsil alan gənclərdən Proteomiks laboratoriyasının kiçik elmi işçisi Fidan Hüseynova biologiya üzrə fəlsəfə doktoru dissertasiyasını Monpelye Universitetində böyük uğurla müdafiə edərək Azərbaycana qayıdıb. Akademik belə gənclərin yüksək ixtisaslı mütəxəssislər kimi Azərbaycan elminin gələcək inkişafına öz töhfələrini verəcəklərinə inamını ifadə edib. 

 

Sonra MBBİ-nin Veteranlar şurasının sədri, AMEA-nın müxbir üzvü İbrahim Əzizov, AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) sədri, kimya üzrə fəlsəfə doktoru Elmir Babayev, sədr müavini Şəfa Əliyeva, MBBİ GAMŞ sədri Nərgiz Bayramova, Riyaziyyat İnstitutunun GAMŞ-ın sədri Pərviz Musabəyli çıxış edərək ölkəmizdə gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşıldığını, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verildiyini, gənclər siyasətinin müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri olduğunu vurğulayıblar.

 

Tədbirin sonunda akademik İradə Hüseynova MBBİ-nin elmi və ictimai həyatında fəal iştirak edən gənclərə sertifikatlar təqdim edib. İlin gənc alimi nominasiyası üzrə Fidan Hüseynova, ilin gənc tədqiqatçısı kimi Nərgiz Bayramova, ilin gənc müəllimi kimi Günay İsmayılova, ilin magistrantı nominasiyası üzrə Xəyalə Əliyeva və Günel Yusifova, ilin fəal gənci kimi b.ü.f.d., dosent Ulduza Qurbanova mükafatlandırılıblar.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama