İnfeksion endokardit. Nə zaman cərrahi müdaxilə vacibdir?
03.02.2023 11:59

İnfeksion endokardit - daxili ürək səthi olan endokardın və ona bitişik damarların, habelə ürək qapaqlarının infeksiyası və ya iltihabıdır.

 

Aztibb.az xəbər verir ki, bu barədə Liv Bona Dea Hospitalının həkimi, tanınmış ürək-damar cərrahiyyə uzmanı Cabir Gülmalıyev məlumat verib.

 

Həkim endokarditin səbəb olduğu şikayətləri sadalayıb:
hərarət, tərləmə
ümumi zəiflik, yorğunluq
sinədə ağrı, taxikardiya
bədən çəkisinin azalması

quru dəri və retinaya qanaxma

  

Onun sözlərinə görə, müalicə - antibiotik terapiyası, mexanik ağırlaşmalar zamanı isə cərrahi müdaxilədən ibarətdir. Ürək çatışmazlığı yaradan və ölümlə nəticələnə bilən infektiv endokarditdə müalicə effektiv deyil və mütləq əməliyyat olunmalıdırlar. Həmçinin ürək çatışmazlığı olan xəstələr, emboliya riski olan xəstələr və nəzarətsiz infeksiyası olan xəstələr (daimi infeksiya, təkrarlanan qapaq endokarditi, abses, anevrizma, fistula) - əməliyyata göstərişdir.

 

"İnfektiv endokarditin cərrahi müalicəsi qapağın təmiri və ya dəyişdirilməsindən ibarətdir. Qapaq dəyişimi döş sümüyü açılmadan kiçik kəsik ilə icra olunur", - deyə Cabir Gülmalıyev bildirib.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib