Həkim-rezidentlərin nəzəri biliklərini artırmaq məqsədilə növbəti ənənəvi seminar keçirilib
02.02.2023 19:51

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında "Polinevropatiyalar, Guillian Barre sindromu" mövzusunda seminar keçirilib.

 

Klinikadan Aztibb.az-a bildirilib ki, tədbirdə müəssisənin müalicə işləri üzrə direktor müavini Fəridə Hacıyeva, klinikanın həkimləri və rezidentləri iştirak ediblər.

 

Məruzə ilə çıxış edən klinikanın Nevrologiya şöbəsinin rezidenti Jalə İbrahimova mövzu haqqında ətraflı məlumat verib.

 

Həkim bildirib ki, polinevropatiyalar - periferik sinirlərin eyni etioloji və patafizioloji proseslərə bağlı olaraq birlikdə, yayılmış şəkildə zədələnməsinə bağlı ortaya çıxan klinik haldır. Ən çox yayılmış səbəbi şəkərli diabetdir. Bundan başqa infeksion xəstəliklər, autoimmun xəstəliklər, dərmanlar, toksik maddələr, cərrahi əməliyyat və s. səbəb ola bilər.

 

J.İbrahimova Guillian-Barre sindromundan da danışıb. Qeyd edib ki, bu sindrom autoimmun demielinizasiya ilə gedən və paraliz ilə nəticələnə bilən polinevropatiyaların geniş yayılmış formasıdır. Bunun əsas səbəbi tənəffüs yolu və qastrointestisial infeksiyalar, cərrahi əməliyyat, karsinomadır. Onun sözlərinə görə, klinik əlamətlər infeksiyaya yoluxduqdan 1-3 həftə sonra görülməyə başlayır: "İlk əlaməti əsasən aşağı ətrafdan başlayan yuxarı ətrafa doğru yayılan əzələ zəifliyidir. Əl və ayaqlarda uyuşma, paresteziyalar, bel, kürək ağrıları, arefleksiya, bəzən təzyiqin artıb azalması, sidik qaçırma, tərləmənin azalıb artması kimi avtonom sinir sistemi əlamətləri də müşayiət olunur".

 

Diaqnostikasında laborator, elektromioqrafiya zamanı (EMQ) sinir ötürücülüyünün pozulması, lumbar punksiya zamanı albuminositolojik dissosiasiyanın olması və sinir biopsiyasına əsasən qoyulduğunu deyən məruzəçi müalicəsinin dəstəkləyici terapiya, immuniterapiya (plazmafarez,İVİG), reabilitasiyadan (fizioterapiya) ibarət olduğunu vurğulayıb.

 

Sonda mövzu ətrafında geniş müzakirələr aparılıb, J.İbrahimova iştirakçıların suallarını cavablandırıb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib