“Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib  
02.02.2023 16:53
Azərbaycan Tibb Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi və Nəsimi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə tələbələr arasında “Heydər Əliyev İli” çərçivəsində 2 Fevral - Gənclər Gününə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib.
 
ATU-dan Aztibb.az-a verilən xəbərə görə, yarışın keçirilməsində məqsəd gənclərin intellektual səviyyəsini, dünyagörüşünü genişləndirmək və asudə vaxtlarını səmərəli təşkil etmək olub.
 
Tədbirdə Azərbaycan Tibb Universiteti THİK sədri Qoşqar İsmayılov, Nəsimi rayon Gİİ rəisi Şahmar Tağıyev, THİK İntellektual oyunlar klubunun sədri Arzu Musayeva və tələbələr iştirak ediblər.
 
Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş əsgər və zabitlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
 
THİK sədri Q.İsmayılov çıxış edərək bildirib ki, Gənclər Günü Ümummilli Lider Heydər Əliyev tərəfindən təsis edilib. Ulu Öndər gənclərlə bağlı məsələləri həmişə diqqət mərkəzində saxlayıb. Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrlərdə yüzlərlə yeni tədris ocaqları, gənclik mərkəzləri yaradılıb, minlərlə azərbaycanlı gənc nüfuzlu ali məktəblərdə təhsil alıb, müasir ixtisaslara yiyələnib.
 
Gənclərin ictimai-siyasi həyatda fəallığını artırmaq üçün həyata keçirilən Dövlət Proqramı, idarəetmə orqanlarında gənc mütəxəssislərə üstünlük verilməsi Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş gənclər siyasətinin uğurlu nəticəsidir.
 
Daha sonra yarışa start verilib. 8 komandanın təmsil olunduğu yarışda iştirakçılara 24 sual verilib. Yarışın nəticələrinə görə "WWW" komandası 1-ci, "Sinaps" komandası 2-ci, "Old School" komandası 3-cü olub. Qaliblər hədiyyə, medal və diplomlarla təltif edilib.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib