Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında müalicə alan qazilər xəstəxanadan məmnunluqlarını ifadə ediblər
02.02.2023 16:00
44 günlük Vətən müharibəsinin qaziləri Bayram Salmanov və Elçin Qəmbərli Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Terapiya şöbəsində müalicə alırlar.
 
Xəstəxananın həkimləri tərəfindən onların müalicəsi ən yüksək səviyyədə təşkil olunur. Ümumilikdə bütün kollektiv qazilərə daim xüsusi diqqət və qayğı ilə yanaşır.
 
Aztibb.az Mingəçevir ŞMX-ya istinadla xəbər verir ki, qazilər xəstəxanada onlara göstərilən diqqət və qayğıdan məmnunluqlarını ifadə ediblər, xəstəxana kollektivinə təşəkkürlərini bildiriblər. 
 
Qəhraman pasiyent Bayram Salmanov Fizuli, Cəbrayıl, Xocəvənd, Şuşa istiqamətlərində gedən döyüşlərdə iştirak edərək “Cəsur döyüşçü” ordeni ilə, Suqovuşan, Elçin Qəmbərli Talışkənd uğrunda gedən döyüşlərdə iştirak edərək “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib. 
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib