DAMV-ın illik hesabat yığıncağı çərçivəsində Almaniyada çalışan azərbaycanlı həkimlərin görüşü olub
02.02.2023 14:22

Almaniyanın Würzburg şəhərində DAMV-ın (Alman-Azərbaycan Tibb İşçiləri Birliyi) illik hesabat yığıncağı çərçivəsində Almaniyada çalışan azərbaycanlı həkimlərin görüşü keçirilib.

 

Aztibb.az-ın məlumatına görə, tədbir zamanı müxtəlif mövzularda təqdimatlar və interaktiv müzakirələr aparılıb.

 

Uzun illər Almaniyanın müxtəlif klinikalarında çalışmış azərbaycanlı həkimlər öz təcrübələrini gənc həmkarları ilə bölüşüb, onlara Almaniyada həkim karyeraları müddətində qarşılaşa biləcəkləri müxtəlif problemli situasiyalardan necə çıxa biləcəkləri ilə bağlı tövsiyələr veriblər.

 

Görüşdə DAMV-nın rəhbəri, plastik və rekonstruktiv cərrah Abbas Əhmədli azərbaycanlı həkimlər arasında əlaqələrin önəmindən bəhs edib. Uzun illər Almaniyada fəaliyyət göstərən, azərbaycanlı həkimlərə hər cür dəstək vermiş ümumi cərrah Vüqar Yaqublu isə ölkə xaricində yaşayan və çalışan həkimlərimizin Azərbaycan səhiyyəsinin inkişafında və mövcud problemlərin aradan qaldırılmasında yaxından iştirak etməsinin labüdlüyündən danışıb.

 

Tədbirin gedişində baş tutan diskussiyalar zamanı azərbaycanlı həkimlər arasında şəbəkələşmənin və təcrübə mübadiləsinin vacibliyi vurğulanıb, bu yöndə müxtəlif fəaliyyətlərin həyata keçirilməsinə dair qərar verilib.

 

Qeyd edək ki, DAMV 2021-ci ildə Almaniyada müxtəlif klinikalarda fəaliyyət göstərən azərbaycanlı həkimlər tərəfindən təsis edilib və bugünə qədər bir çox uğurlu layihələrə imza atıb.



Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama