Türkiyənin Gəncədəki yeni Baş konsulu Gəncə Tibb kollecində yaradılan şəraitlə tanış olub
02.02.2023 12:10

Türkiyə Respublikasının Gəncə şəhərinə yeni təyin olunan Baş konsulu Recep Öztop Gəncə Tibb Kollecində olub.

 

Səhiyyə Nazirliyindən Aztibb.az-a verilən məlumata görə, qonaq əsası 1931-ci ildə qoyulan tibb ocağında yaradılmış şəraitlə tanış olub.

 

Tanışlıq zamanı Gəncə Tibb Kollecinin direktoru Mehman Rzayev türkiyəli diplomatın diqqətinə çatdırıb ki, kollecin tam təmir olunmuş sinif otaqlarında elektron smart lövhələr quraşdırılıb və lazımı texniki avadanlıqlarla təchiz olunub. Bundan əlavə, elektron kitabxana və lazımi texniki vasitələrlə təchiz olunmuş müasir laboratoriyalar fəaliyyət göstərir.

 

Recep Öztop kollecdə keçirilən dərslərin səviyyəsindən və tələbələrə yaradılan şəraitdən məmnunluq ifadə edib: “Gəncə Tibb Kollecin sinif otaqlarında müasir avadanlıqların quraşdırılması, robot və müasir texnikalarla təchiz olunan laboratoriyalar, tələbələr üçün yaradılan şərait gələcəkdə bu kollecdə çox peşəkar tibb işçilərinin yetişəcəyindən xəbər verir. Dərs deyən müəllimlərin bilik səviyyələri, böyük həvəslə tələbələrə bilikləri çatdırmaq istəkləri hiss olundu. Bu, yüksək ixtisaslı tibb bacılarının və tibb personalının yetişdirilməsi üçün vacib addımdır”.

 

Mehman Rzayev, həmçinin diqqətə çatdırıb ki, kollec Türkiyənin tibb sahəsində çalışan qabaqcıl müəssisələri və təhsil ocaqları ilə sıx əməkdaşlıq edir. Bundan başqa, təhsil müəssisəsi Türk İş birliyi və Koordinasiya Alyansı – TİKA ilə birgə layihələr reallaşdırırlar. M. Rzayev bu əməkdaşlığın bariz nümunəsi kimi müasir avadanlıqlarla təchiz olunmuş Əczakimya və analitika laboratoriyasını qonaqların diqqətinə çatdırdı. Qeyd olunub ki, TİKA-nın xəttilə tələbə mübadiləsi proqramı çərçivəsində qardaş Türkiyədən və Almaniyadan 16 müxtəlif ali məktəblərin tələbələri Gəncə Tibb Kollecində olub.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır