“Həkimlərimizi tanıyaq!” rubrikasının növbəti buraxılışı  
01.02.2023 14:24

“Həkimlərimizi tanıyaq!” rubrikamızda Sizə Mərkəzi Gömrük Hospitalının Tibbi laboratoriya şöbəsinin həkim-biokimyaçı Reyhan Əliyevanı təqdim edirik.

 

Həkim-biokimyaçı Reyhan Əliyeva 1997-ci ildə Azərbaycan Tibb Universitetinin Tibbi-profilaktika fakültəsini bitirib, 1997-1998-ci illərdə Bakı şəhəri Gigiyena və Epidemiologiya Mərkəzində həkim-laborant ixtisası üzrə internatura keçib. 1998-2009-cu illərdə Azərbaycanın müxtəlif dövlət tibb müəssisələrində həkim-biokimyaçı işləyib, 2009-cu ildən Mərkəzi Gömrük Hospitalının Tibbi laboratoriya şöbəsində həkim-biokimyaçı kimi fəaliyyət göstərir.

 

O, Mərkəzi Gömrük Hospitalının Tibbi Laboratoriya şöbəsində biokimyəvi, immunoseroloji, kliniki müayinələrin aparılması ilə məşğul olur.

 

Reyhan Əliyeva pedaqoji fəaliyyətlə də məşğul olub. Belə ki, 2004-2013-cü illərdə Bakı Slavyan Universitetinin Tibbi biliklərin əsasları və mülki müdafiə kafedrasında baş müəllim işləyib. O, peşəsini sevən, özünə qarşı tələbkar, işində çox diqqətcil, müasir tibb elminin nailiyyətlərini izləyən, sahəsi ilə bağlı yenilikləri tətbiq edən yüksəkixtisaslı mütəxəssisdir.

 

Həkim 2001-ci ildə Respublika QİÇS-lə Mübarizə Mərkəzinin HİV-in laborator diaqnostikası sahəsində ilkin ixtisaslaşdırılma haqqında sertifikata layiq görülüb, 2009-cu Almaniyanın “Roche Diagnostics” şirkətinin Cobas 4000 C-311 analizatorlarında tədris kursunu keçib, 2021-ci ildə Klinik Biokimya Uzmanları Dərnəyinin təşkilatçılığı ilə keçirilən simpoziumda, Azərbaycan Tibb Universitetinin təşkilatçılığı ilə keçirilən “Süni intellektə əsaslanan Mikrobiom Analizi” mövzusunda simpoziumda, 2022-ci ildə COVID-19 və xəstəxanadaxili infeksiyalar” və “Sars-CoV-2/COVID-19 kompleks diaqnostikasına müasir yanaşmalar” mövzularında beynalxalq konfranlarda iştirak edib.

 

Reyhan Əliyeva işlədiyi illər ərzində nümunəvi xidmətinə görə 2019-cu ildə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən “Gömrük organlarında xidmətə görə” 3-cü dərəcəli döş nişanı və 2022-ci ildə Dövlət Gömrük Komitəsi tərəfindən Fəxri fərmanla təltif olunub.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama