ATU-da “Heydər Əliyev - 100” adlı kitab sərgisi açılıb
01.02.2023 10:02

Azərbaycan Tibb Universitetinin (ATU) Əsaslı kitabxanasında “Heydər Əliyev İli” ilə əlaqədar tədbirlər planı çərçivəsində “Heydər Əliyev – 100” adlı kitab sərgisi açılıb.

 

Aztibb.az ATU-ya istinadla xəbər verir ki, sərginin açılışında çıxış edən kitabxananın direktoru, tarix üzrə fəlsəfə doktoru Ziyafət Eminova 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə əlaqədər ölkə başçısı cənab İlham Əliyevin 29 sentyabr 2022-ci ildə Sərəncam imzaladığını xatırladıb. Bildirib ki, 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev ili” elan olunması Ulu Öndərin şəxsiyyətinə, onun ictimai-siyasi fəaliyyətinə verilən yüksək qiymətdir. O, bu qərarın xalqımızın bütün təbəqələri tərəfindən böyük rəğbətlə qarşılandığını söyləyib. Hələ sovet dönəmində Heydər Əliyevin uzaqgörən siyasəti, gərgin əməyi, tarixi fəaliyyəti sayəsində Azərbaycanın qabaqcıl respublikalardan birinə çevrildiyini vurğulayıb: “O dövrdə həyata keçirilən genişmiqyaslı tədbirlər, iri sənaye müəssisələrinin açılması, tələbələrimizin xarici ölkələrdə təhsil alıb geri dönməsi, elm və texnikanın, mədəniyyətin bütün sahələrində böyük irəliləyişlər Ulu Öndərin adı ilə bağlıdır. Müstəqilliyimizin bərpasından sonrakı dövrdə də Azərbaycan dövlətinin parçalanmadan xilas edilməsi, xarici təzyiqlərə tab gətirərək möhkəmlənməsi Heydər Əliyevin dərin zəkası, qətiyyəti sayəsində mümkün olmuşdur”.

 

ATU-nun İctimai fənlər kafedrasının müdiri, professor Qoşqar Əliyev çıxış edərək ilk növbədə, sərginin təşkilinə görə kitabxana əməkdaşlarına təşəkkürünü bildirib. Hər bir azərbaycanlının həmişə böyük hörmət və məhəbbətlə xatırladığı Heydər Əliyevin şərəfli ömür yolundan söhbət açıb. Milli təhlükəsizlik orqanlarında gənc zabit kimi fəaliyyətə başlayaraq, sonralar ölkənin rəhbəri vəzifəsinə yüksələn Ulu Öndərin xalqımız üçün əvəzsiz xidmətlərinin dərindən öyrənilməsinin vacibliyini diqqətə çatdırıb. O, gənc nəslin Heydər Əliyev irisi ilə daha yaxından tanış olması baxımından bu cür kitab sərgilərinin əhəmiyyətindən danışıb. Qeyd edib ki, başqa bir ideologiyanın təsiri ilə yaşadığımız dövrdə də Heydər Əliyev öz xalqının tarixinə, milli maraqlarına həmişə xüsusi diqqət göstərib.

 

“Hələ SSRİ-nin tərkibində olduğumuz müddətdə Azərbaycan Respublikasının Konstitusiyasına çox önəmli müddəaların salınması, xüsusilə də Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsi əhəmiyyətli hadisə idi” – deyən professor, Heydər Əliyevin idarəçilik fəaliyyətinin təkcə bir ölkəyə rəhbərliklə məhdudlaşmadığını vurğulayıb. O, bu fikrini ümummilli liderimizin ən mötəbər beynəlxalq təşkilatlara təsir etmək imkanı ilə, dünyada söz sahibi olması ilə əsaslandırıb.

 

Tədbirdə bünövrəsi Heydər Əliyev tərəfindən qoyulan daxili və xarici siyasətin bu gün də uğurla davam etdirildiyi vurğulanıb. Qeyd olunub ki, Ulu Öndərin arzuları artıq reallaşıb. Onun özü qədər inandığı möhtərəm prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər ordumuz 30 ilə yaxın düşmən işğalında qalan torpaqlarımızı azad edib. İndi ölkəmizin hər yerində geniş quruculuq işləri vüsət alıb. Bütün bunlar Heydər Əliyev ideyalarının həyata keçməsinin bariz nümunəsidir.

 

Açılışdan sonra tədbir iştirakçıları sərgi ilə yaxından tanış olublar. Sərgidə müasir Azərbaycanın qurucusu və memarı, gələcək nəsillərə örnək olan Heydər Əliyevin zəngin və şərəfli həyat yolunu, çoxşaxəli ictimai-siyasi fəaliyyətini, dövlətçiliyimizin tarixində müstəsna xidmətlərini əks etdirən kitablar nümayiş etdirilib. Həmin kitablar arasında ATU əməkdaşlarının müəllifliyi ilə işıq üzü görən kitablar da var.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır