Sumqayıt Tibb Mərkəzi pasiyentlərin keyfiyyətli qida ilə təmin olunmasına xüsusi diqqət yetirir
31.01.2023 14:48
Sumqayıt Tibb Mərkəzi (STM) müalicə alan pasiyentlərin keyfiyyətli qida ilə təmin olunmasına xüsusi diqqət yetirir.
 
STM-dən Aztibb.az-a verilən məlumata görə, STM-in tabeliyində olan xəstəxanalarda müalicə alan pasiyentlər gündə 3 dəfə qida ilə təmin olunur.
 
Gün ərzində 500-dən yuxarı xəstənin qida ilə təmin olunması STM-in Mərkəzi mətbəx bölməsinin növbəli qrafiklə çalışan 40 əməkdaşı tərəfindən həyata keçirilir.
 
Beynəlxalq standartlara uyğun tərtib olunmuş müxtəlif adda “pəhriz stolları” xəstələrə təyin edilmiş diaqnozlara uyğun və hər kəsə individual olaraq hazırlanır. Yeməklər xəstələrin sayına əsasən müxtəlif çeşidlərdə hazırlanır, xüsusi maşınlarla xəstəxanalara daşınır, burada isə son qablaşdırma işləri aparılaraq, palatalara paylanılır.
 
Yeməklər steril qaydada, xüsusi termobokslarda çatdırılır. Hər gün təzə tərəvəzlərdən və keyfiyyətli ərzaqlardan hazırlanan yeməklərdən nümunə götürülür və hər hansı bir zəhərlənmə ehtimalına qarşı bu nümunə 72 saat ərzində saxlanılır. Nümunənin üzərində yeməyi bişirən şəxsin adı və tarix qeyd edilir.
 
Qidaların keyfiyyətinə və göstəricilərinə həkim-dieotoloq Bəturə Əhmədxanlı nəzarət edir.
 
Səhər yeməyində adətən xəstələrə kəsmik, pendir, yağ, cem, yumurta, sıyıq, yulaf verilir. Nahar vaxtı isə xəstələrə iki növ yemək verilir.
 
Nahar menyusunda adətən aş, səbzi, qarabaşaq, toyuq supu, borş, dovğa və digər yeməklər olur.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır