Afət Çəndirli - Mərkəzi Gömrük Hospitalının fizioterapevt-reabilitoloqu
31.01.2023 14:39

“Həkimlərimizi tanıyaq!” rubrikamızda Sizlərə hər bir pasiyentə individual yanaşan qayğıkeş həkim, fizioterapevt-reabilitoloq Afət Çəndirlini təqdim edirik.

 

Afət Çəndirli 1995-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsini bitirib, 1995-1996-cı illərdə Bakı şəhər 3 nömrəli Klinik Xəstəxanasında internatura keçib.

 

Əmək fəaliyyətinə 1998-ci ildə başlayan həkim 2004-2005-ci illərdə Səudiyyə Ərəbistanının Al-Jouf Hospitalında, 2011-2013-cü illərdə Azərbaycan dövlət tibb müəssisələrində fizioterapevt-reabilitoloq çalışıb. O, 2015-ci ildən Mərkəzi Gömrük Hospitalında fizioterapevt-reabilitoloq işləyir.

 

Afət Çəndirli Mərkəzi Gömrük Hospitalında elektroforez, elektrostimulyasiya, impuls tokları ilə müalicə, fonoforez, mikrodalğa, limfodrenaj, zərbə dalğa terapiyası, lazer müalicəsi, traksion dartma, darvanval, vakuum ilə müalicə, parafinlə müalicə, naftalanla müalicə, maqnitoterapiya, masaj, müalicəvi idman və trenajorlar, triqer nöqtələrinin neyrostimulyasiyası, kinezioteypinq kimi müalicə metodlarından istifadə etməklə reabilitasiya mərhələsində olan xəstələrin müalicəsini həyata keçirir.

 

O, 2004-2005-ci illərdə Səudiyyə Ərəbistanında fizioterapiya üzrə təlimdə, 2012-ci ildə Avstriyanın Vyana şəhərində Donaşpital reabilitision klinikasında Fizioterapiya və bərpa üzrə təlim kursunda, 2015-ci ildə Avstriyanın Zalsburq şəhərində Fizioterapiya ve rebialitasiya kursunda, 2018-ci ildə Türkiyənin Antalya şəhərində Fizioterapiya üzrə konqresdə, yenə həmin ildə Türkiyənin Sivas şəhərində Reabilitasiya üzrə konqresdə iştirak edib.

 

Həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır