Trixoloq: 16 yaşdan kiçik uşaqların saçlarını boyamayın!
31.01.2023 13:01

Uşaq saçlarının rənglənməsini istəyirsə, rəngli şampunlar, köpüklər və digər müvəqqəti vasitələrdən  istifadə etmək olar. Çünki aqressiv süni boyalar saçın strukturunu məhv edir, bir neçə il müntəzəm boyamadan sonra saçlar quru, kövrək və mat ola bilər. 

 

Aztibb.az gazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə trixoloq-dermatoloq Anastasiya Kudinova məlumat verib. Mütəxəssisin sözlərinə görə, valideynlər uşağın saçlarını rəngləmək istəyindən imtina etməsələr, rəngləmə vasitələrini seçərkən çox diqqətli olmalıdırlar. 

 

O qeyd edib ki, saç boyasının istifadəsi bir qayda olaraq, insanlarda xərçəngə, zəhərlənməyə və ya orqanizmin pozulmasına səbəb olmur. Bundan əlavə, saç boyası digər kosmetik vasitələrdən daha çox allergik hesab edilmir. 

 

Buna baxmayaraq, 16 yaşdan kiçik uşaqlar üçün saçları aqressiv boyalarla boyamaq tövsiyə edilmir. O, qeyd edib ki, bu, ilk növbədə, uşağın saçının böyüklərinkindən çox zərif olması ilə bağlıdır. 

 

Uşağın saçının sağlamlığını qorumaq, lakin eyni zamanda onu sevindirəcək istəklərini inkar etməmək üçün alternativ boyalardan istifadə etmək məsləhətdir. Bunlar rəngli şampunlar, köpüklər və digər vasitələrdir. Müvəqqəti boyalar və durulama məhsulları saça nüfuz etmədiyi üçün daha erkən yaşlarda istifadə oluna bilər. 

 

İstənilən halda, əgər valideynlər uşağın saçlarını boyamağa qərar verərsə, tərkibini diqqətlə öyrənməli və komponentlərin uşaqlar üçün təhlükəli olmadığına diqqət etməlidir. 

 

Həmçinin, boyama prosedurundan əvvəl allergik reaksiyanın olub olmadığını yoxlamaq lazımdır. Bilək içərisinə az miqdarda boya çəkdikdən 30 dəqiqə sonra qızartı, yanma və digər reaksiyalar yoxdursa, boya istifadə edilə bilər.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib