İnfluenza virusuna qarşı ən yaxşı profilaktika maska və peyvənddir
31.01.2023 10:03

İnfluenza (qrip) infeksiyasına yoluxmadan qorunmaq üçün paytaxt sakinləri arasında maskadan istifadə edənlər var. Bu, kimə görə zərurət, kimə görə məcburiyyətdir. Həkimlər tərəfindən isə bu sadəcə tövsiyə xarakteri daşıyır.

 

Aztibb.az AZƏRTAC-a istinadla xəbər verir ki, həkim-infeksionist Aytən Ziyadova deyib: “Qapalı məkanlarda tibbi maskalardan istifadə edilməsi daha düzgündür. İnfeksiya hava-damcı yolu ilə ötürüldüyündən tibbi maskalar taxılması tövsiyə olunur. Şəkərli diabet, ürək-damar, bronxial astma və xroniki xəstəlikləri olanların, pnevmoniya keçirənlərin maskadan istifadə etməsi xüsusilə vacibdir”.

 

Qeyd etmək lazımdır ki, Tibbi Ərazi İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki dövlət-tibb müəssisələrində Hollandiya istehsalı olan influenzaya qarşı peyvənd vurulur. Peyvəndləmə prosesi tamamilə ödənişsizdir və dövlət hesabına həyata keçirilir.

 

Peyvəndlənmə sürətlə yayılan virusun qarşısının alınmasına hesablanıb. Peyvənd vurduranlar yoluxma zamanı xəstəliyi daha yüngül keçirirlər.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama