TƏBİB-in nümayəndə heyəti Dubayda “ArabHealth 2023” sərgisində iştirak edir
30.01.2023 15:19
TƏBİB-in nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərinin Dubay Dünya Ticarət Mərkəzində dünyanın ən böyük səhiyyə sərgilərindən biri - “ArabHealth 2023” sərgisində iştirak edir.
 
Aztibb.az-ın TƏBİB-ə istinadla verdiyi xəbərə görə, yanvarın 30-dan fevralın 3-dək keçiriləcək sahəsi və iştirakçılarının sayına görə dünyanın ikinci ən böyük sərgisi olan “ArabHealth” bu il 66 ölkədən rekord sayda iştirakçını bir araya gətirəcək.
 
Ümumilikdə, 4.200-dən çox yerli və xarici şirkət sərgidə 170 ölkədən 60.000-dən çox peşəkar ziyarətçiyə ən son texnologiyaları və həlləri təqdim edəcək.
47 ildir ki, “ArabHealth” sərgisi səhiyyə sahəsində ən son yenilikləri bütün sərgi iştirakçılarının və ziyarətçilərin diqqətinə çatdırır.
 
Sərgi biznes, liderlik və davamlı tibb təhsili (CME) üzrə bir sıra konfrans və seminarlarla müşayiət olunur ki, burada ən son yeniliklər və ən yaxşı təcrübələr, metodlar və bacarıqlar haqqında məlumat verilir.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib