Terapevt öskürəyin müalicəsində əsas SƏHVİ açıqlayıb
30.01.2023 14:49

Öskürəyin səbəbini bilmədən onu müstəqil müalicə etmək cəhdləri səhvdir.

 

Aztibb.az medikforum.ru-ya istinadla xəbər verir ki, bu barədə terapevt Nadejda Çernışova bildirib.

 

Həkim-terapevt N.Çernışovanın sözlərinə görə, öskürəyin özünümüalicəsində əsas yanlış onun müxtəlif patologiyalar tərəfindən əmələ gəldiyini nəzərə almamaqdır.

 

"Əsas səhv sizi narahat edən öskürəyin səbəblərini bilmədən, diaqnoz qoyulmadan onun sərbəst müalicəsidir", – həkim bildirib.


N. Çernışova əlavə edib ki, təzyiqi aşağı salmaq üçün istifadə olunan preparatların qəbulu da öskürəyin yaranmasına gətirib çıxara bilər.

 

"Həmçinin öskürək ürək çatışmazlığı, allergiya, orqanizmdə viruslar və ya ağciyərlərin iltihabı zamanı meydana çıxır, ", - deyə terapevt qeyd edib.

 

Həkim bildirib ki, öskürək vaxtı insanlar bəlğəmgətirici vasitələr və ya öskürək refleksini kəsən dərmanlar qəbul etməyə başlayır. Lakin öskürəyin səbəbi müəyyən edilmədikdə bu dərmanların istifadəsi heç bir əhəmiyyət kəsb etmir. Bundan başqa, öskürək zamanı müstəqil qəbul edilən preparatlar zamanla təhlükəli ağırlaşmalara da səbəb ola bilər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub