Hamiləlik ödemi: Ağırlıq dərəcələri və müalicəsi 
29.01.2023 22:21

Hamiləlik ödeminin əlamətləri aşağı ətraflarda, qarının divarında və bədənin başqa nahiyyələrində maye toplanması ilə müşahidə edilir. Hamiləlik zamanı ödemin əmələ gəlməsinə sidik ifrazının azalması (oliquriya) səbəb olur. Xəstəlik əsasən hamiləliyin ikinci yarısında doğuşa yaxın meydana gəlir. Əvvəlcə aşağı ətraflarda, ayağın aşağı hissəsində dizə qədər, sonra isə bud və xarici cinsiyyət orqanların ödemi baş verir.

 

Aztibb.az bu barədə xarici tibbi mənbələrə istinadla xəbər verir. 

 

Orta dərəcəli ödemlər baş verdikdə hamilələrdə təngnəfəslik, tez yorulma, ağırlıq hissi olur. Bu zaman sidiyin tərkibi dəyişmir, arterial təzyiq normada qalır. Bəzən göz dibinin kapillyarları genəlir. Ödemin ağır forması baş verdikdə isə bütün bədən şişir. Bu su-duz mübadiləsinin pozğunluğu səbəbindən baş verir. Adətən bu ödemlər xəstə uzandıqda, pəhriz saxladıqda və duzu azaltdıqda 7-10 günə keçib gedir.

 

Bu zaman hamilə qadının bədən çəkisinə qəbul olunan mayenin və ifraz olunan sidiyin miqdarı nəzarətdə saxlanılır. Hamiləliyin ödemi zamanı oksigenoterapiya aparılmalı, askorbin turşusu, rutin, B qrupu vitaminləri, kalsiumxlorid, Caqlükonat, vikasol, metionin, qlükoza xəstənin vəziyyətini yuüngüllşdirməkdə yardımçı olur.

 

Bəzən hamilələrdə nefropatiya səbəbli ödemlər baş verir ki, bu zaman ödemlə bərabər arterial təzyiq və proteinuriya müşahidə olunur. Nefropatiya adətən hamiləliyin son aylarında baş verir. Bu zaman arterial təzyiq yüksəlir. Təzyiqin yüksəlməsinə böyrək kapilyarlarında baş verən patologiyalar səbəb olur. Nefropatiya ağırlıq dərəcəsinə uyğun olaraq dəyişilir.

 

Hamiləlik nefropatiyasının müalicəsi dərman preparatları, düzgün rejim və pəhriz, sidiyin sistematik yoxlanılması, arterial təzyiqə nəzarətdən ibarətdir.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
 Cəbrayıl RMX-da yanğın təhlükəsizliyi və təxliyə qaydaları ilə bağlı təlim keçirilib   
Azərbaycan tibbində növbəti uğur: Səhiyyə Nazirliyi Bakı Sağlamlıq Mərkəzinin Aritmologiya bölməsi beynəlxalq akkreditasiya alıb
Mərkəzi Klinika vakansiya elan edir
Gəncədə Dünya Allergiya Həftəsi ilə bağlı tədbirlər təşkil olunur
Bu ilin yanvar-may aylarında 18 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib
Nizami Tibb Mərkəzi onlayn növbə sistemi aktivləşdirilən 4-cü müəssisə oldu
Tədris Cərrahiyyə Klinikasında 11 yaşlı pasiyent üzərində cərrahi əməliyyat uğurla icra olunub
Laçında tibbi aksiya: 100-ə yaxın vətəndaş tibbi müayinələrdən keçib
Uşaq sağlamlığı dövlətin gələcəyinə sərmayədir
Yardımlının Təşkən və Səpəradi kəndlərində tibbi AKSİYA
Elmi-Tədqiqat Kardiologiya İnstitutunun Elmi Şurasının iclasında bir sıra məsələlər müzakirə olunub
 ATU-da Data-analitika və Süni İntellekt Laboratoriyasının açılışı olub   
Günəş şüalarının dəriyə təsiri və ondan necə qorunmalıyıq?
Tibb işçilərinin bilik və bacarıqlarının artırılması istiqamətində tədbir keçirilib