Baş gicəllənməsi nədən yaranır?
29.01.2023 12:49

Aparılan araşdırmalara əsasən periferik mənşəli baş gicəllənməsi ümumi baş gicəllənmələrin əksəriyyətini təşkil edir. Bu kateqoriyadan, xoşxassəli paroksizmal pozisiyalı baş gicəllənməsi (XPPB, ing:BPPV), vestibulyar nevrit, labirintit, Menyer xəstəliyi və s. adını çəkmək olar. Bəhs edilən xəstəliklərin ortaq əlaməti baş gicəllənməsi olsa da, bir çox fərqli cəhətləri də var. Bunlardan: ümumi halsızlıq, səndələmə, ürəkbulanma, qusma, dayanıqsızlıq, yüksələn bədən hərarəti və s. qeyd etmək olar.

 

Aztibb.az xəbər verir ki, vestibulyar nevrit-müvazinət və eşitmə kəllə sinirində iltihabi dəyişiklik nəticəsində meydana gəlir. Adətən müvazinət pozulması ilə bərabər-qulaqda küy, eşitmə zəifliyi və s. şikayətlər müşahidə olunur. Baş gicəllənməsinin əsas xüsusiyyəti-uzun müddət (bir neçə gün), artıb-azalan templə davam etməsidir.

 

Labirintit, daxili qulağın iltihabi xəstəliyi olmaqla kataral (irinsiz) və irinli formada təzahür edir. Əksər hallarda, davamlı baş gicəllənməsi ilə yanaşı yüksək bədən hərarəti, ümumi halsızlıq, bəzən isə huşsuz vəziyyətlə müşahidə olunur.

 

Ortaq əlamətlərin şiddəti, müddəti və rastlanma tezliyinə görə bu xəstəliklərin arasında ilkin fərqləndirməni aparmaq mümkündür. Lakin, əlamət meydana gəldiyi ilk andan, uğurlu nəticə əldə etmək üçün mütəxəssis baxışı mütləqdir.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev