Biokimya sahəsində tanınmış alim Arif Əfəndiyevin 80 illik yubileyi münasibətilə konfrans keçirilib
28.01.2023 09:50

Azərbaycan Tibb Universitetinin (ATU) Bioloji kimya kafedrasının məsləhətçi professoru, Əməkdar müəllim, biologiya elmləri doktoru, professor Arif Əfəndiyevin 80 illik yubileyi münasibətilə “Biokimya və təbabətin aktual problemləri” mövzusunda elmi-praktik konfrans keçirilib.

 

Aztibb.az ATU-ya istinadla xəbər verir ki, konfransı açıq elan edən universitetin Elmi işlər üzrə prorektoru, t.e.d. Rauf Bəylərov yubilyarın həyat yolu və elmi fəaliyyəti haqqında qısa məlumat verib, onun 58 il ərzində çalışdığı kafedrada biokimya elminə gətirdiyi bir sıra yeniliklərdən söhbət açıb.

 

Toplantıda çıxış edən millət vəkili Tamam Cəfərova qədimdən şairlər, ziyalılar diyarı olan Şamaxının xalqımıza böyük şəxsiyyətlər bəxş etdiyini və onların hər zaman xalqımızın fəxri sayıldığını vurğulayıb. Belə insanlardan birinin də ömrünün müdriklik çağını yaşayan istedadlı alim, vətənpərvər ziyalı Arif Əfəndiyev olduğunu söyləyib.

 

Yubilyarın həyatı və fəaliyyəti haqqında geniş məlumat verən Bioloji kimya kafedrasının müdiri, professor Gülnarə Əzizova bildirib ki, Arif Əfəndiyev 1943-cü il yanvarın 1-də Şamaxı rayonunda ziyalı ailəsində anadan olub. 1959-cu ildə Azərbaycan Dövlət Tibb İnstitutunun Əczaçılıq fakültəsinə daxil olaraq 1966-cı ildə aspiranturaya qəbul edilir və elə o illərdən başlayaraq həm də kafedrada əvəzçilik üzrə tədris işləri ilə məşğul olur. 1969-cu ildə aspirantura təhsili başa çatan A.Əfəndiyev Bioloji kimya kafedrasının assistenti vəzifəsinə qəbul olunur.

Məruzəçi vurğulayıb ki, A.Əfəndiyev 1974-cü ildən kafedranın dosenti vəzifəsinə seçilib, 1981-1984-cü illərdə kafedranın müdiri vəzifəsini icra edib. Həmin illər ərzində intensiv elmi-tədqiqat işləri aparan A.Əfəndiyev 1986-cı ildə doktorluq dissertasiyası üzərində işini tamamlayaraq, Moskvada müdafiə edib O, 1987-ci ildə Bioloji kimya kafedrasının müdiri vəzifəsinə seçilib, 1989-cu ildə professor elmi adı alıb. A.Əfəndiyev 1988-1994-cü illərdə I Müalicə-profilaktika və Əczaçılıq fakültələrinin dekanı vəzifəsində işləyib. Bu gün kafedrada çalışan əməkdaşların əksəriyyəti onun rəhbərliyi altında elmi-pedaqoji kadr kimi yetişən şəxslərdir. İndiyə qədər onun rəhbərliyi altında 28 namizədlik (fəlsəfə doktorluğu) və 3 doktorluq dissertasiyası işlənərək müdafiə olunub, 5 dissertasiya işi üzrə tədqiqatlar davam etdirilir.

Professor A.Əfəndiyev 2000-ci ildə Avropa Biokimyaçılar Cəmiyyətləri Konfederasiyasında təşkil edilmiş «Biokimyanın tədrisi» komissiyasının MDB ölkələrindən seçilmiş yeganə üzvüdür. O, uzun müddət respublika biokimyaçılar cəmiyyətinin elmi katibi vəzifəsini yerinə yetirib. Onun fədakar əməyi ölkə rəhbərliyinin də diqqətindən yayınmayıb və 1984-cü ildə SSRİ “Səhiyyə əlaçısı” döş nişanına, 2010-cu ildə isə “Əməkdar müəllim” fəxri adına layiq görülüb.

Professor A.Əfəndiyevlə bağlı ürək sözlərini bölüşən ATU-nun Tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyev, professor Vaqif Şadlinski, dosent Rəşid Mahmudov, bəstəkar Vaqif Gərayzadə və başqaları yubilyarı uzun illərdir tanıdıqlarını dilə gətiriblər. Onun insani keyfiyyətlərindən söz açan natiqlər bildiriblər ki, Ar.Əfəndiyev elmdə tanınmış alim olduğu kimi, həyatda da sadiq dost, bacarıqlı təşkilatçı və gözəl ailə başçısıdır.

A.Əfəndiyevin yaxın qohumu, BDU-nun professoru Rafiq Həsənov çıxışında qeyd edib ki, həyatda qazandığı hörmətdən stimul alan A. Əfəndiyev bu yaşında da sağlam və gümrah olmaqla yanaşı, həm də böyük səylə elmi yaradıcılığını və pedaqoji fəaliyyətini davam etdirir.

Tədbirdə yubilyara müxtəlif hədiyyələr təqdim edilib və onun ömür yolundan, həmçinin elmi yaradıcılığından bəhs edən sənədli film nümayiş olunub.

Sonra professor Arif Əfəndiyev tədbirin təşkilinə görə ATU-nun rektoru, professor Gəray Gəraybəyliyə, bu işdə əziyyəti olan doğma kollektivə və eləcə də tədbir iştirakçılarının hər birinə minnətdarlıq edib.

Elmi-praktik konfransın ikinci hissəsində isə universitet əməkdaşları və digər qurumları təmsil edən tanınmış mütəxəssislər elmi məruzələrlə çıxış ediblər.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Qaraciyərin düzgün işləməməsinin ƏLAMƏTLƏRİ  
Təbii vasitə 12 həftə ərzində 8 kiloqrama qədər arıqladır
Buğda cücərtisi gənclik iksiri kimi də bilinir
Təcili tibbi yardım briqadasının yardımı ilə 66 yaşlı xəstə Mərkəzi Klinik Xəstəxanaya hospitalizasiya olunub
Şuşa Rayon Mərkəzi Xəstəxanasının ginekoloqu Şəbnəm Baxşəliyeva - Həkimlərimizi tanıyaq!
Şahdamara stend taxıla bilərmi?
Uzman həkim Şiraslan Baxşəliyev Gəncə Beynəlxalq Xəstəxanasında pasiyentləri qəbul edəcək
Qaradağ Tibb Mərkəzində daha bir uğurlu əməliyyat icra olunub
Masallı Rayon Mərkəzi Xəstəxanasının otorinolarinqoloqu Kamran Musayev - Həkimlərimizi tanıyaq!
Böyrək daşı xəstəliyi nədir və necə yaranır?
Uşaq cərrahı Günel Əmiraslanova Şəkidə Bonum Medicalda pasiyent qəbulu həyata keçirəcək
Sürətli döyüntünün tək səbəbi ürək deyil!
Regionlarda fəaliyyət göstərən peşəkar səhiyyə işçilərini tanıtmaqda davam edirik!
Ağır vəziyyətdə Respublika Uşaq Klinik Xəstəxanasına yerləşdirilən 2 yaşlı uşaq həyata qaytarılıb