ABŞ-ın Viskonsin-Medison Universitetinin mütəxəssisi ATU-da rezidentlər üçün kurs keçib
28.01.2023 09:43
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında rezidentlər üçün növbəti kurs baş tutub.
Aztibb.az xəbər verir ki, neyrocərrahiyyə üzrə təhsil alan rezidentlər qarşısında ABŞ-ın Viskonsin–Medison Universitetinin mütəxəssisi, tibb elmləri doktoru Abdullah Keleş çıxış edib.
Əvvəlcə ATU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev bu kimi təlimlərin rezidentlərin bilik və təcrübələrinin artırılmasında əhəmiyyətli rol oynadığını vurğulayıb. Prorektor treninqin baş tutmasında rolu olan hər kəsə, o cümlədən ATU-nun və klinikanın rəhbərliyinə, həmçinin xarici ölkələrdə uğurlu nəticələr nümayiş etdirən universitetimizin məzunu Turab Qasımova təşəkkürünü bildirib.
Doktor Abdullah Keleş Viskonsin–Medison Universitetindəki fəaliyyəti haqqında məlumat verib. 2019-cu ildən etibarən bu universitetin Beyin cərrahiyyəsi laboratoriyasına rəhbərlik etdiyini bildirən A.Keleş bu müəssisədə önəmli klinik və tədris araşdırmalarının aparıldığını vurğulayıb.
Türkiyədə də oxşar kurslar keçdiyini deyən A.Keleş neyrocərrahiyyə, mikrocərrahiyyə, mikroamostamoz və digər mövzularla bağlı çıxış edib, öz təcrübəsini paylaşıb.
Böyük maraqla qarşılanan təlimin sonunda qonaq rezidentlərin suallarını cavablandırıb.
Bu bölməyə aid digər xəbərlər
Mərkəzi Neftçilər Xəstəxanasında ürəyi dayanan pasiyent həkimlərin operativ müdaxiləsi ilə həyata qaytarılıb
21.10.2026 | 16:17
Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib
21.10.2026 | 14:40
Patronaj xidməti ailələrə daha yaxın: 300-dən çox şəxs tibbi müayinələrə cəlb olunub
21.10.2026 | 14:34
Azərbaycanda uşaqlarda FMF üzrə ilk milli tədqiqat
20.10.2026 | 14:22
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
YAP-nın VIII Qurultayından irəli gələn vəzifələr və səhiyyə sahəsinin qarşısında duran hədəflər müzakirə olunub
20.10.2026 | 10:57
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
20.10.2026 | 09:05
20 oktyabr – Ümumdünya Osteoporozla Mübarizə Günüdür
20.10.2026 | 08:17
Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub
19.10.2026 | 15:02
Baş Klinik Hospitalda mürəkkəb açıq ürək əməliyyatı uğurla icra olunub
19.10.2026 | 12:26
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

