Təlim: "Psixotrop maddələr, yeni növ sintetik narkotik vasitələr, hallüsinogenlər və prekursorlar”
28.01.2023 09:46

Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsində “Psixotrop maddələr, yeni növ sintetik narkotik vasitələr, hallüsinogenlər və prekursorlar” mövzusunda təlim keçirilib.

 

Mərkəzi Gömrük Hospitalından Aztibb.az-a verilən məlumata görə, tədbirdə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisinin birinci müavini, rəis vəzifəsini müvəqqəti icra edən Anar Cahangirov narkomaniya ilə mübarizənin dövlət əhəmiyyətli prioritet istiqamətlərdən biri olduğunu vurğulayıb.

 

Daha sonra Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev “Narkotik vasitələr və psixotrop maddələr: müasir dünyanın qlobal çağırışı” mövzusunda, Mərkəzi Gömrük Hospitalının həkim-psixiatrı İradə Ramazanova “Çağdaş dövrdə psixotrop dərmanların yaratdığı problemlər”, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin mütəxəssisi Azad Əhmədov “Saxta dərman vasitələri və onların yayılmasına qarşı mübarizə” mövzularında təqdimatlarla çıxış ediblər.

 

Təqdimatların sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

Qeyd edək ki, müvafiq təlim Dövlət Gömrük Komitəsinin müvafiq sərəncamı əsasında Komitə aparatı ilə yanaşı, Komitənin ərazi və ixtisaslaşdırılmış gömrük idarələri və digər qurumlarında da 2023-cü il ərzində həyata keçiriləcək.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır