Yaddaşı gücləndirmək üçün VASİTƏLƏR
27.01.2023 16:39

Açarların hara qoyulduğunu unutmaq və ya sözləri xatırlamamaq adətən yaşlanma prosesinin normal bir hissəsidir.

 

Əslində, yaddaş zəifliyi olduqca geniş müşahidə olunan haldır, çünki orqanizm yaşlandıqca beyin bir çox dəyişikliklərə məruz qalır.

 

Yaddaş itkisinin daha ciddi səbəbi olması ehtimalı həmişə var, bu da həkimə müraciət etmək üçün səbəbdir. Ancaq cüzi koqnitiv dəyişikliklər yaşanırsa, kömək etmək üçün gündəlik qida rasionunda bəzi dəyişikliklər etmək olar.

 

Aztibb.az xarici tibbi mənbələrə istinadən xəbər verir ki, amerikalı diyetoloq Emi Qudson beynin fəaliyyətini gücləndirən və yaddaşı yaxşılaşdıran içkilərin adını açıqlayıb.

 

Mütəxəssisin fikrincə, yaşa bağlı yaddaş pozulması ilə mübarizə aparmaq üçün qəhvə və yaşıl çay qəbulu faydalıdır.

 

Onun sözlərinə görə, bu içkilər zehni geriləmədən qoruya, həmçinin Altsheymer və Parkinson xəstəlikləri riskini azalda bilən polifenollar və antioksidantlarla zəngindir.

 

E. Qudson nar şirəsinin də son dərəcə faydalı olduğunu bildirib. O, qeyd edib ki, bəzi hallarda bu içki yaşıl çaydan dörd qat daha çox antioksidant ehtiva edə bilər.

 

"Nar həm də güclü iltihabəleyhinə xüsusiyyətlərə malikdir, buna görə də, bədəndə xroniki iltihabı azaltmağa kömək edir", - deyə o, bildirib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama