TƏBİB-in tabeliyindəki müəssisələrdə antenatal və doğuşayardım xidməti müzakirə olunub
27.01.2023 11:33
TƏBİB-in tabeliyindəki Respublika Perinatal Mərkəzdə antenatal və doğuşayardım xidməti göstərən dövlət tibb müəssisələrinin rəhbərləri ilə görüş keçirilib.
TƏBİB-dən Aztibb.az-a verilən məlumata görə, görüşdə TƏBİB-in tabeliyindəki 90 tibb müəssisəsinin rəhbəri, TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov, İlkin səhiyyə və təcili yardım departamentin rəhbəri Anar Ağayev, Ana və uşaq sağlamlığı şöbəsinin müdiri Sevinc Məmmədova, Bakı şəhərindən və regionlardan dəvət olunan doğuşayardım üzrə mütəxəssislər iştirak edib.
Görüşdə 2022-ci ildə baş verən ana ölümlərinin təhlili aparılıb, 2023-cü il üçün görüləcək tədbirlər barədə ətraflı məlumat verilib.
Açılış nitqi ilə çıxış edən TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov doğum və reproduktiv sağlamlıq sahəsində mövcud problemlərin müzakirəsinin gələcəkdə bu halların aradan qaldırılması zamanı mühüm rol oynayacağını bildirib. O, Azərbaycanda ana və uşaq ölümlərinin azaldılması istiqamətində həyata keçiriləcək tədbirlər sayəsində ölkəmizin qabaqcıl ölkələrdə olduğu kimi müsbət dinamikaya nail olacağını qeyd edib. Bu istiqamətdə TƏBİB-in tabeliyindəki tibb müəssisələrində xidmət keyfiyyətinin artırılması, eyni zamanda antenatal və doğuşayardım xidmətləri üzrə tibb personalının bilik və bacarıqlarının artırılması ilə yanaşı, əhalinin maarifləndirilməsi istiqamətində də ardıcıl işlərin görüləcəyini vurğulayıb.
TƏBİB-in Ana və uşaq sağlamlığı şöbəsinin müdiri Sevinc Məmmədova baş vermiş ana ölümlərinin təhlili ilə bağlı təqdimatla çıxış edib.
Eyni zamanda, TƏBİB-in aidiyyəti struktur bömələrinin əməkdaşları tərəfindən antenatal və doğuşayardım xidmətinin təkmilləşdirilməsi məqsədilə icra edilən işlər və layihələr barədə hesabatlar təqdim edilib.
Tədbirin sonunda doğuşayardım xidməti üzrə mövcud əmr və sərancamların, təlimat və protokolların icrasına nəzarəti, həmçinin antenatal və doğuşayardım işinin gücləndirilməsi məqsədilə bu sahədə müntəzəm olaraq monitorinqlərin keçirilməsi barədə müəssisə rəhbərlərinə tapşırıq verilib.
Bu bölməyə aid digər xəbərlər
Mərkəzi Neftçilər Xəstəxanasında ürəyi dayanan pasiyent həkimlərin operativ müdaxiləsi ilə həyata qaytarılıb
21.10.2026 | 16:17
Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib
21.10.2026 | 14:40
Patronaj xidməti ailələrə daha yaxın: 300-dən çox şəxs tibbi müayinələrə cəlb olunub
21.10.2026 | 14:34
Azərbaycanda uşaqlarda FMF üzrə ilk milli tədqiqat
20.10.2026 | 14:22
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
YAP-nın VIII Qurultayından irəli gələn vəzifələr və səhiyyə sahəsinin qarşısında duran hədəflər müzakirə olunub
20.10.2026 | 10:57
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
20.10.2026 | 09:05
20 oktyabr – Ümumdünya Osteoporozla Mübarizə Günüdür
20.10.2026 | 08:17
Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub
19.10.2026 | 15:02
Baş Klinik Hospitalda mürəkkəb açıq ürək əməliyyatı uğurla icra olunub
19.10.2026 | 12:26
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

