Narkotiklərlə mübarizədə qurumlararası əməkdaşlığın roluna dair müzakirələr aparılıb
27.01.2023 09:27
Yanvarın 26-da Dövlət Gömrük Komitəsi və Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin birgə təşkilatçılığı ilə “Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizədə qurumlararası əməkdaşlığın rolu” mövzusunda dəyirmi masa keçirilib.
 
Mərrkəzi Gömrük Hospitalından Aztibb.az-a verilən məlumata görə, tədbirdə Daxili İşlər, Səhiyyə, Ədliyyə, Elm və Təhsil, Gənclər və İdman, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti, TƏBİB və digər qurumların nümayəndələri iştirak edib.
 
Dövlət Gömrük Komitəsinin sədr müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov çıxış edərək narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi və narkomaniyanın hazırda dünyanı narahat edən əsas problemlərdən birinə çevrildiyini, Azərbaycanın bu sahədə uğurlu mübarizə aparan ölkələrdən olduğunu vurğulayıb, gömrük orqanları tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlərdən bəhs edib.
 
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov, ÜGT-nin Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin nümayəndəsi Hacı Hacıyev narkotiklərlə mübarizə sahəsində həyata keçirilmiş fəaliyyətlər, bu sahədə qurumlararası əməkdaşlığın əhəmiyyətindən danışıblar.
 
Daha sonra DGK Tibbi Xidmət İdarəsinin rəis müavini İsmayıl Əfəndiyev “Çağdaş dünyanın aktual problemi: narkotik vasitələr və psixotrop maddələr”, Milli Məclisin deputatı, DGK Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı dövlət siyasətinin formalaşdırılması və qanunvericilik” mövzularında təqdimatlarla çıxış ediblər. Həmçinin tədbir zamanı digər dövlət qurumlarının nümayəndələrinin də mövzu ilə əlaqəli məruzələri dinlənilib.
 
Sonda mövzularla bağlı müzakirələr aparılıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır