Sivasda baytar həkim pişiklər üçün “onlayn qan bankı” yaratdı
26.01.2023 16:44

Sivasda pişiklərdən qan nümunələrini sürətli test dəstləri ilə qruplara ayıran baytar həkim İbrahim Özmen fövqəladə hallara qarşı "onlayn qan bankı" yaradıb.

 

Aztibb.az medimagazin.com.tr-yə istinadla xəbər verir ki, şəhər mərkəzindəki klinikasında təxminən 12 ildir pişiklərdə görülən xəstəliklərin müalicəsi ilə məşğul olan İ.Özmen, fövqəladə hallarda uyğun qan ehtiyacını tez bir zamanda qarşılamaq üçün onlayn məlumat bazası yaratmaq üçün layihə hazırlayıb.

 

O, klinikaya gətirilən və qan qrupları sürətli test dəstləri ilə təyin olunan 100-ə yaxın pişiyin məlumatlarını "onlayn qan bankı"na yerləşdirib.

 

Pişiklərin yaşı, cinsi, çəkisi və peyvənd vəziyyəti ilə yanaşı, qan qruplarını da sistemə daxil edən Özmen, heyvanlar üçün milli qan bankının olmamasını ciddi çatışmazlıq kimi dəyərləndirib.

 

Ev heyvanlarının qan qrupunun təyinində daha çox "çarpaz uyğunlaşma" adlanan üsuldan istifadə edildiyini deyən baytar həkim yeni üsulla müvafiq qan qrupunun 5-10 dəqiqə ərzində tapılacağını bildirib:


"Ümumiyyətlə, travma, yol qəzası, hündürlükdən yıxılma və yoluxucu xəstəliklər zamanı təcili qanköçürmə tələb oluna bilər. Bu üsulla qan qruplarını daha əvvəl təyin etdiyimiz pişiklərin siyahısı onlayn qan bankında mövcud olacaq. "Çarpaz uyğunlaşma" dediyimiz testin müddəti 3 saat çəkir, ancaq onlayn qan bankı sayəsində bu müddət 5-10 dəqiqəyə endirilir”.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama