Müxtəlif diaqnozlarla dünyaya gələn üçəmlərin vəziyyəti stabildir - Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu
26.01.2023 13:05

Hamiləliyin 31-ci həftəsində Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda dünyaya gələn üçəmlər vəziyyətləri ilə əlaqədar Yenidoğulmuşların reanimasiya və intensiv terapiyası şöbəsinə köçürülüblər. 1130, 1870 və 1730 qram çəkidə dünyaya gələn körpələr həkim-neonatoloq Günel Xəlilovanın nəzarətində olublar.

 

Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutundan Aztibb.az-a verilən xəbərə görə, vaxtından əvvəl doğulma, tənəffüs pozğunluğu, infeksiya, beyin qan dövranı pozğunluğu, I dərəcəli qansızma diaqnozları ilə daim nəzarətdə olan körpələr CPAP dəstəyində olublar. Davamlı olaraq şüa-diaqnostika üzrə həkim Təranə Kərimova tərəfindən icra olunan ultrasəs müayinələr və G.Xəlilovanın nəzarəti ilə aparılan digər yoxlanışlara uyğun təyin olunan müalicə planı ilə üçəmlər artıq CPAP dəstəyinə ehtiyac qalmadan normal fizioloji şöbəyə köçürülüblər.

 

Hazırda hər üçü kişi cinsli olan körpələrin vəziyyəti stabildir.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib