TƏBİB və Beynəlxalq Maliyyə Korporasiyası arasında diaqnostika, radiologiya və dializ üzrə əməkdaşlıq müzakirə olunub  
26.01.2023 11:26
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov ölkəmizdə səfərdə olan Beynəlxalq Maliyyə Korporasiyasının (BMK) Avropa regionu üzrə direktoru Rana Karadşeh ilə görüşüb.
 
TƏBİB-dən Aztibb.az-a veriklən xəbərə görə, görüşdə qurumun İcraçı direktorunun müavinləri Araz Nəsirov və Anar İsrafilov, aidiyyəti struktur bölmələrin rəhbərləri, Beynəlxalq Maliyyə Korporasiyasının Cənubi Qafqaz üzrə regional meneceri və Azərbaycandakı daimi nümayəndəsi iştirak ediblər.
 
Görüşün məqsədi TƏBİB və BMK arasında əməkdaşlığın inkişaf perspektivləri ərafında fikir mübadiləsi aparmaq, səhiyyə sektoruna özəl investisiyaların cəlb edilməsi məqsədilə dövlət-özəl sektor tərəfdaşlığı sahəsində məsləhətləşmələr aparmaq olub.
 
Müzakirələr zamanı diaqnostika, radiologiya və dializ üzrə layihələrin icra olunması, bu istiqamətdə özəl sektora sərmayə yatırımı, dövlət sektoruna isə texniki dəstək göstərilməsi ətrafında təkliflər səsləndirilib. Əsas istiqamət kimi dializ sahəsində dövlət-özəl sektor tərəfdaşlığı üzrə layihənin hazırlanması müzakirə olunub.
 
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən “Dövlət-özəl tərəfdaşlığı haqqında Azərbaycan Respublikasının Qanunu”nun imzalandığını vurğulayaraq, bu qanunun dövlət xidmətlərinin göstərilməsi, müvafiq infrastrukturun yaradılması və idarəedilməsinə dair dövlət tərəfdaşı ilə özəl tərəfdaşın birgə fəaliyyətini tənzimləyəcəyini bildirib. İcraçı direktor TƏBİB-in də fəaliyyət istiqaməti üzrə bu müstəvidə əməkdaşlığa hazır olduğunu, beynəlxalq və yerli layihələri dəstəklədiyini qeyd edib.
 
O, Beynəlxalq Maliyyə Korporasiyası ilə laborator, diaqnostik və reabilitasiya xidmətləri sahəsində də əməkdaşlıq istiqamətlərinin nəzərdən keçirilməsini məqsədəuyğun hesab edib.
 
Beynəlxalq Maliyyə Korporasiyasının Avropa regionu üzrə direktoru Rana Karadşeh Azərbaycanın 1995-ci ildən Korporasiyaya üzv olduğunu, həmin vaxtdan maliyyə, infrastruktur, neft-qaz, ticarət kimi sahələrdə 56 layihəyə 800 milyon dollardan artıq vəsait ayrıldığını qeyd edib. O, səhiyyə sahəsində də özəl sektorun inkişafını təşviq etmək üçün bir sıra məsləhət xidmətləri və maliyyələşmə üzrə əməkdaşlıq edilə biləcəyini vurğulayıb.
 
Rana Karadşeh bildirib ki, TƏBİB universal tibbi xidmətlərin göstərilməsi sahəsində korporasiya üçün etibarlı tərəfdaşdır.
 
Sonda birgə layihənin texniki detallarının hazırlanması prosesinə başlanılması qərara alınıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır