İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən Cəlilabad rayonuna media-tur təşkil olunub
25.01.2023 22:51
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən Cəlilabad rayonuna media-tur təşkil olunub.
Agentlikdən Aztibb.az-a bildirilib ki, media-turun məqsədi media və qeyri-hökumət təşkilatlarını, eləcə də Litva Respublikasının Milli Tibbi Sığorta Fondunun (Tvininq layihəsinin) nümayəndələrini Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında icbari tibbi sığorta sisteminin tətbiqi ilə tanış etmək və pasiyentlərin sığorta sistemindən istifadə etmə prosesini izləmələrinə imkan yaratmaqdır.
Cəlilabad RMX-nin direktoru Elnur Azadxanov qeyd edib ki, sistemin tətbiqi ilə bağlı aparılan struktur dəyişikliyinə əsasən Cəlilabad MDM də RMX-nin tabeliyinə verilib: “Xəstəxanada ilkin tibbi-sanitariya yardımının gücləndirilməsi məqsədilə Ailə Sağlamlıq Mərkəzi adlı şöbə fəaliyyət göstərir. Təcili yardımın keyfiyyətini artırmaq məqsədilə Təcili və təxirəsalınmaz tibbi yardım stansiyasında xəstələrin vəziyyətinin ağırlıq dərəcəsinə uyğun olaraq çeşidlənməsi üçün “triaj” sistemi təşkil olunub”.
Direktor bildirib ki, icbari tibbi sığortanın tətbiqindən sonra xəstəxanada dördüncü nəsil cihazlarla təchiz edilmiş Mərkəzi Laboratoriya şöbəsi fəaliyyətə başlayıb: “Xidmətlər Zərfinə daxil olan 700-dən çox laborator müayinələrə əlçatanlıq təmin edilib. Burada fəaliyyət göstərən 5 bölmədə (Biokimya, İmmunokimya, Hematologiya, Mikrobiologiya, İmmunologiya) həm Cəlilabad rayonunun, həm də Salyan, Neftçala və Biləsuvar rayonlarının əhalisinə xidmət göstəriləcək”.
Həmçinin xəstəxanada icbari tibbi sığortanın tətbiqindən sonra mürəkkəb və dəyəri yüksək olan cərrahi əməliyyatlar (mədə, bağırsaq rezeksiyaları, qaraciyər, posttravmatik torakal əməliyyatlar və s.) icra olunur. Tibb müəssisəsində Reanimasiya şöbəsi müasir avadanlıqlarla təmin olunub. Şüa Diaqnostikası şöbəsinə 2 ədəd yeni nəsil USM (Ultrasəs müayinəsi) cihazı alınıb.
Məlumat verilib ki, tibb müəssisəsi 13 şöbə və 1 bölmədən ibarətdir. Ümumilikdə 200 çarpayılıq xəstəxanada Cərrahiyyə, Doğum və Ginekologiya, Terapiya, Pediatriya, Dializ, İnfeksion, Şüa diaqnostikası və digər şöbələr fəaliyyət göstərir.
Agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədovanın sözlərinə görə, icbari tibbi sığortanın tətbiqindən sonra səhiyyə işçilərinin də əməkhaqlarında əsaslı artımlar olub: “Məqsəd həkimləri uyğun əməkhaqqı ilə təmin etmək, fəaliyyətlərini qiymətləndirmək və peşəkarlığın yüksəlməsinə maraqlarını artırmaqdır. Əməkhaqqı artımı ilə bağlı müvafiq qaydaya 5 dəfədən çox dəyişiklik olunub. İcbari tibbi sığortanın tətbiqindən sonra həkimlərə aylıq sabit və işin
nəticələrinə görə həvəsləndirici əlavələrin verilməsinə başlanılmışdır. Belə ki, ötən ildən 40-a yaxın ixtisas üzrə çalışan həkimlərin aylıq sabit həvəsləndirici əlavələri artırılaraq vəzifə (tarif) maaşı əlavələrlə birlikdə minimum 1000 manat təşkil etmişdir.
Bundan əlavə, həkimlərə işin nəticələrinə görə həvəsləndirici əlavələr verilir. Cəlilabad RMX-də 2021-ci ildə işin nəticələrinə görə həvəsləndirici əlavələrin məbləği ortalama 650 manat olmuşdusa, 2022-ci ildə bu rəqəm 970-ə qədər yüksəlmişdir. Az öncə də qeyd etdiyim kimi həkim bu əlavədən başqa aylıq vəzifə (tarif) maaşı və aylıq sabit həvəsləndirici əlavə də alır.
Hətta qeyd edə bilərəm ki, işin nəticələrinə görə hesablanmış həvəsləndirici əlavələrin məbləğinin 2021-ci ildə 4000 manatı, 2022-ci ildə isə 6000 manatı keçən həkimlərimiz də olmuşdur”.
Daha sonra media nümayəndələri Agentliyin Cəlilabad rayonundakı filialında görülən işlər barədə məlumat alıblar. Filial rəhbəri İlqar Qurbanov bildirib ki, 2021-ci ildə yaradılan filial Cəlilabad, Biləsuvar, Salyan, Neftçala və Cəbrayıl inzibati ərazi vahidlərini əhatə edir: “Filial icbari tibbi sığortanın tətbiqinə dəstək göstərərək Agentliklə tibb müəssisələri arasında əlaqələndirməni həyata keçirir. Vətəndaşlardan daxil olan müraciətləri araşdıraraq, zəruri tədbirlər görür. Filial tərəfindən ümumilikdə 159 yazılı müraciət, 100-ə yaxın isə şifahi müraciət cavablandırılıb. Həmçinin icbari tibbi sığorta sahəsində maarifləndirmə işlərinə də dəstək olaraq filial tərəfindən 5 inzibati ərazidə 746 nəfərin iştirakı ilə tədbirlər təşkil olunub”.
Media-tur çərçivəsində media və qeyri-hökumət təşkilatlarının nümayəndələri Cəlilabad RMX-də müayinə olunublar.
Bu bölməyə aid digər xəbərlər
Salyanın Kürqaraqaşlı kənd məktəbinin müəllimləri üçün maarifləndirici tədbir
22.10.2026 | 15:35
“Həkimlərimizi tanıyaq!" rubrikasının növbəti buraxılışı
21.10.2026 | 15:16
Zaqatala Rayon Mərkəzi Xəstəxanasının direktoru vətəndaşların müraciətlərini dinləyib
20.10.2026 | 11:11
Şirvan ŞMX-da total tiroidektomiya əməliyyatı icra olunub
19.10.2026 | 11:10
Naxçıvanda məhkumların profilaktik tibbi müayinəsi aparılıb
19.10.2026 | 10:27
Abbas Səhhət adına xəstəxanada həkim-mütəxəssislər üçün təlim: “Qan qazlarının analizi və kliniki qiymətləndirilməsi”
18.10.2026 | 14:03
Ağcabədi RMX-da “Tibb işçisinin peşəkar davranış qaydaları” mövzusunda təlim keçirilib
18.10.2026 | 13:38
Şirvan Şəhər Mərkəzi Xəstəxanasında növbəti uğurlu neyrocərrahiyyə əməliyyatı
18.10.2026 | 12:44
Tərtər RMX-nın Təcili Tibbi Yardım və Cərrahiyyə şöbəsinin tibb işçiləri təlimə cəlb olunub
17.10.2026 | 16:33
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

