"Medcenter""Modern Hospital" cəbhə bölgəsinə səfərbər olunub
03.10.2020 16:34

"Modern" Şirkətlər Qrupuna daxil olan "Medcenter" və "Modern Hospital" öz həkim briqadası və maddi-texniki bazası ilə könüllü olaraq cəbhə bölgəsinə səfərbər olunub.

 

Aztibb.az xəbər verir ki, "Modern Hospital"ın cərrah, travmatoloq və təcilli tibbi yardım həkimləri düşmən təxribatı nəticəsində yaralanan əsgər və vətəndaşlarımıza tibbi dəstək göstərirlər.

 

Bununla yanaşı, "Medcenter" şirkəti müalicə məqsədləri üçün 50 min manat məbləğində travmatoloji implant və alətləri təmənnasız olaraq bağışlayıb.

 

Qeyd edək ki, "Modern Hospital" 2008-ci ildə Bakıda fəaliyyətə başlamış, müasir avadanlıqlarla təchiz olunmuş və yüksək ixtisaslı həkimlərin çalışdığı bir xəstəxanadır. Xəstəxanada cərrahiyyə, reanimasiya, stasionar, radiologiya, travmatologiya, laboratoriya, stomatologiya və digər tibbi xidmətlər mövcuddur.

 

"Modern Hospital"da Türkiyə, Koreya, Almaniya kimi xarici ölkələrdə təhsil almış yüksək ixtisaslı həkim heyəti çalışır.

 

Bu klinikada 2018-ci ildən sağalmayan yanıq yaraları, çapıqlar, dəri qırışları, dəri sallanmaları, diabetik ayaq yaralarının müalicəsində istifadə olunan regenrativ hüceyrə köçürməsi da tətbiq olunmağa başlanmışdır.

 

"Medcenter" şirkəti travmatologiya sahəsində qlobal səviyyədə məşhurlaşmış Amerikanın "Zimmer" və Polşanın "CHM" brendlərinin Azərbaycandakı rəsmi distribyutorudur. Şirkət Azərbaycanda 2019-cu ildən fəaliyyət göstərir. "Medcenter" şirkəti həmçinin şəkərli diabet xəstələrinin müasir üsullarla müalicəsi sahəsinə də investisiya qoyuluşu edib. Yaxın gələcəkdə bu xidmət diabetik xəstələrə təklif olunacaq.

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Anestezioloq-reanimatoloq Emil Muradov -
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
AQTA-nın KOB evlərində xidmət göstərən əməkdaşları üçün təlim təşkil olunub