Mərkəzi Gömrük Hospitalının təcili yardım həkimi Nərgiz Kərimova - Peşəkar həkimlərimizi tanıyaq!
25.01.2023 11:45
“Həkimlərimizi tanıyaq!” rubrikamızda Sizə Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı mütəxəssis, həm kollektivin, həm də pasiyentlərin böyük rəğbətini qazanmış Təcili yardım şöbəsinin müdiri, təcili yardım həkimi Nərgiz Kərimovanı təqdim edirik.
 
Nərgiz Kərimova 1987-1993-cü illərdə Azərbaycan Tibb Universitetinin (ATU) Müalicə-profilaktika fakültəsində təhsil alıb, 1993-1994-cü illərdə ATU-da həkim-terapevt ixtisası üzrə internatura keçib. O, 1994-2002-ci illərdə M.Qədirli adına Mərkəzi Hövzə Xəstəxanasının Təcili yardım şöbəsində, 2002-2003-cü illərdə Səudiyyə Ərəbistanı Krallığının Əl-Baha şəhərində Əl Baha İlk Tibbi Yardım Mərkəzində şöbə müdiri, 2003-2006-cı illərdə Əl Baha şəhəri Əl Dəfir Mərkəzi Təcili Yardım hospitalında şöbə müdiri, 2006-cı ildə Səudiyyə Ərəbistanı Krallığının Mina şəhəri Mərkəzi Xəstəxanasında, 2006-2007-ci illərdə özəl tibb müəssisəsində həkim-təlimçi, 2007-2009-cu illərdə özəl tibb müəssisəsində həkim ekspert və şöbə müdiri, 2009-2021-ci illərdə Mərkəzi Gömrük Hospitalında Təcili yardım həkimi işləyib. Nərgiz Kərimova 2021-ci ildən Mərkəzi Gömrük Hospitalında Təcili yardım şöbəsinin müdiri kimi fəaliyyətini davam etdirir.
 
O, Mərkəzi Gömrük Hospitalında reanimasiya və stabilləşdirmə tələb edən ağır xəstə və yaralanan xəstələrin təcili qəbulu, mədə-bağırsaq, kranioserebral və endokrinoloji xəstəlikləri olan xəstələr üçün ilkin qiymətləndirmə və yardım, xəsarət almış və şok halında olan xəstələrin ilkin və yekun qiymətləndirilməsi, beyin zədəsi olan xəstənin Glazgo Koma şkalası ilə qiymətləndirilməsi və ilkin yardım, baş və üz yaralanmalarının qiymətləndirilməsi, boyun və onurğanın zədələnməsi zamanı immobilizasiya, kiçik cərrahi prosedurların aparılması, xəstələrin ölkə daxilində və ölkə xaricinə nəql olunması ilə məşğul olur.
 
Yüksəkixtisaslı həkim 2022-ci ildə “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub.
 
Nərgiz həkim 2010-cu ildə Amerika Birləşmiş Ştatları Çikaqo şəhərində Weiss Memorial Hospitalında Təcili yardım kursu keçib. O, 2013-cü ildə Avstriyanın Zalsburq şəhərində Zalsburq Universitet Hospitalında travmatoloji yardım üzrə təcrübə proqramında, 2018-ci ildə Gürcüstanın Tbilisi şəhərində “Qadın sağlamlığı” mövzusunda beynəlxalq konfransda iştirak edib.
 
Həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz.
 
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama