İcbari tibbi sığorta çərçivəsində “Yeni klinika”ya müraciət edənlərin sayı 7 mini keçib
24.01.2023 20:53

Ötən ay ərzində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən “Yeni klinika” tibb müəssisəsinə müraciət edənlərə 51 755 ambulator tibbi xidmət göstərilib.

 

Bu barədə Aztibb.az-a "Yeni klinika"dan məlumat verilib.

 

Bildirilib ki, 2022-ci ilin dekabr ayı ərzində tibb müəssisəsinə icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində ambulator tibbi xidmət üçün müraciət edən pasiyentlərin sayı 7 862, stasionar tibbi xidmət üçün müraciət edənlər 231, əməliyyat olunan pasiyentlərin sayı isə 206 nəfər təşkil edib.

 

Qeyd edək ki, “Yeni klinika” tibb müəssisəsində 6 iyun 2022-ci il tarixindən etibarən icbari tibbi sığorta sistemi tətbiq olunur. Hər bir Azərbaycan vətəndaşı icbari tibbi sığorta ilə Xidmətlər Zərfinə daxil olan bütün tibbi xidmətlərdən ödənişsiz istifadə edə bilər.

 

Xatırladaq ki, 300-ə yaxın həkim və tibbi heyətin çalışdığı Qafqazın ən böyük tibb müəssisəsi hal-hazırda Ümumi Cərrahiyyə, Terapiya, Təcili və Təxirəsalınmaz Tibbi Yardım, Reanimasiya şöbələri və Poliklinikadan ibarətdir.
Poliklinikada, həmçinin Urologiya, Kardiologiya, Ümumi Cərrahiyyə, Ürək-damar Cərrahiyyəsi, LOR, Qastroenterologiya, Radiologiya, Revmatologiya, Endokrinologiya, Ginekologiya, Nevrologiya və Pediatriya şöbələri poliklinik olaraq fəaliyyət göstərir.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama