Mərkəzi Gömrük Hospitalının bazasında tələbələrə “Kariogiyaya və Terapiya” fənni tədris edilir
24.01.2023 15:36

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi və İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsinin müdiri, yandal uzman invaziv kardioloq İlqar Tahiroğlu İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının 4-cü kurs tələbələrinə “Kariogiyaya və Terapiya” fənnini tədris edir.

 

Gömrük Hospitalından Aztibb.az-a bildirilib ki, ümumilikdə 105 tədris saatı ərzində İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının 4-cü kurs tələbələri kardiolgiya ilə bağlı nəzəri və  priaktiki biliklərə yiyələnəcəklər.

 

Qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi və İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı arasında imzalanmış əməkdaşlıq memorandumu əsasən yerli və regional səviyyəli sertifikatlaşdırılmış tibbi təlim kurslarının, elmi-praktiki tədbir və tədqiqatların, eləcə də rezident və ixtiraçıların təcrübə mübadiləsinin təmin edilməsi üçün birgə tədris proqramlarının həyata keçirilməsini nəzərdə tutur.

 

Tibb tələbələri üçün Mərkəzi Gömrük Hospitalının bazasında tədris prosesinin təşkili həm tələbələr, həm də onlara dərs deyən əməkdaşlara yeni inkişaf imkanları yaradır və Mərkəzi Gömrük Hospitalının Azərbaycanın kliniki – tədris xəstəxanalarının sırasında özünəməxsus yer tutmasına imkan verəcək.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır