Qida Təhlükəsizliyi Agentliyi BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə əməkdaşlıq istiqamətlərini açıqlayıb
24.01.2023 12:11

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) qida təhlükəsizliyinin təmin olunması sahəsində bir sıra birgə layihələr reallaşdırmaqdadır.

 

Aztibb.az-ın  Trend-ə istinadən məlumatına görə, bu fikirləri Qida Təhlükəsizliyi Agentliyinin Aparat rəhbəri Elxan Mikayılov FAO-nun Azərbaycandakı fəaliyyətinə həsr olunmuş regional seminarda çıxışı zamanı deyib.

 

Onun sözlərinə görə, Azərbaycan bu istiqamətdə FAO-nun Türkiyə ofisi ilə sıx əməkdaşlıq edir.

 

"FAO ölkəmizi standartlaşma məsələlərində dəstəkləyir ki, bu da idxal-ixrac əməliyyatlarında zəruridir. Biz həmçinin zərərvericilərə qarşı birgə mübarizə aparır, birgə laboratoriyalar hazırlayır və bir sıra digər layihələr reallaşdırırıq" - o deyib.

 

Aparat rəhbəri həmçinin, Agentliyin FAO ilə əməkdaşlıq zamanı müvafiq qanunvericilik formalaşdırdığını və bu sayədə Azərbaycanda beynəlxalq standartlara uyğun qida təhlükəsizliyi bazası hazırlamağın mümkün olacağını qeyd edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır