Tərkibi züllallar, liflər və turşularla zəngin olan sarı noxudun FAYDALARI 
24.01.2023 09:39

Sarı noxudun tərkibi zülallar, yağlar, liflərlə zəngindir. Noxudun əsas tərkibini əvəzolunmaz turşular - metionin və triptofan tutur.

 

Müasir alimlər paxlalı bitkilər arasında sarı noxudu daha çox dəyərləndirirlər. Noxudun tərkibində olan zülalların miqdarı yumurtanın tərkibindəki zülalların miqdarına çox yaxındır. Onun tərkibi A, B1, B2, B6, C, PP vitaminləri və minerallarla zəngindir.

Aztibb.az tibbi mənbələrə istinadla xəbər verir ki, noxud yemək ürəyin işini yaxşılaşdırır, qanda şəkərin miqdarını neytrallaşdırır. Ondan ürək-damar xəstəliklərinin profilaktikasında istifadə etmək olar. Sarı noxud bədənə enerji verir, qaraciyəri, qanı təmizləyir. Onun gözün billur qişasını müdafiə etmək qabiliyyəti vardır. Belə ki, noxudun tərkibindəkilər billur qişada olan yorğunluğu aradan qaldırır, görməni yaxşılaşdırır.

 

Arıqlamaq üçün noxudu aşağıdakı qaydada bişirib qəbul etmək lazımdır:

 

Noxud soyuq suda isladılır, 8 saat keramik qazanda qaynadılır. Sonra suyu süzülür və ət maşınının xırda gözündən keçirilir. Üyüdülmüş noxud gün boyu kiçik hissələrlə yeyilir. Aclıq hissi çox olduqda isə müxtəlif salat və şorba bişirib, içərisinə üyüdülmüş noxuddan qatılıb içilir. Sonrakı gün proses yenidən təkrarlanır. Bir həftə boyu bu qayda ilə qidalanmaq həm arıqlamağa, orqanizmin toksinlərdən təmizlənməsinə, həm də orqanizmin mineral və vitaminlərlə qidalanmasına səbəb olacaq. Bu müalicə bir həftədən bir təkrarlanır və 3 ay müddətində davam etdirilir.

 

Bir çox ölkələrdə noxuddan humus (püre), falafel hazırlayırlar. Bəzi dünya mətbəxində noxudu bir çox yeməklərə qatırlar.

 

Bununla belə, həddindən çox noxud yemək qarında köpə, meteorizmə səbəb ola bilir. Bunun səbəbi isə noxudun tərkibində paxlalı bitkilərə xas olan oliqosaxaridlərin olmasıdır. Bu maddə öddə çətin həzm olur və mədə-bağırsaqlarda problemlərin əmələ gəlməsinə səbəb olur. Bunun baş verməməsi üçün isə noxud qəbul edən zaman qida qəbulunu nəzarət altında saxlamaq lazımdır. Belə ki, noxud yedikdən sonra ikinci qida qəbulunu ən azı 4 saatdan sonra qəbul eləmək lazımdır.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama