Ötən il Şəmkir Rayon Mərkəzi Xəstəxanasına 285 min nəfər müraciət edib
23.01.2023 19:23

Ötən il Şəmkir Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsə 285 min müraciət daxil olub.

 

Xəstəxanadan Aztibb.az-a bildirilib ki, Şəmkir rayonunda əhalinin sağlamlığını qorumaq məqsədilə 549 çarpayılıq 12 xəstəxanada və ambulator-poliklinika yardımı göstərən 40 müalicə müəssisəsində 336 həkim, 1057 nəfər orta tibb işçisi çalışır. Rayon əhalisinin hər 10000 nəfərinə 15,1 nəfər həkim, 47,5 nəfər orta tibb işçisi, 27,7 xəstəxana çarpayısı düşür. Rayon səhiyyə sistemində çalışan işçilərin ümumi sayı 2 min 255 nəfərdir.

Ötən il ərzində Şəmkir rayonu ərazisində yerləşən xəstəxanalara ümumilikdə 343 min 918 müraciət daxil olub (təkrar müraciətlər də daxil). Onlardan 285 min müraciət Şəmkir Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsə müayinə və müalicə üçün edilən müraciətlərdir.

Ötən il Şəmkir Rayon Mərkəzi Xəstəxanası PHŞ-də 8 min 186 nəfər stasionar müalicə alıb.

2022-ci ilin qeydə alınmış xəstəliklər arasında tənəffüs orqanlarının, sinir sisteminin, qan dövranı sisteminin və həzm orqanlarının xəstəlikləri üstünlük təşkil edib.

Şəmkir Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsə 2022-ci ilin son 6 ayında təkrar müraciətlər də daxil 795 şəhid ailəsi, qazi və müharibə iştirakçısı müraciət edib. Onlardan 184 nəfəri I Qarabağ müharibəsi iştirakçısı, 36 nəfəri isə şəhid ailəsidir.

Ötən ilin 6 ayı ərzində Aprel zəfərinin iştirakçılarından 17 nəfər, şəhid qailələrindən isə 3 nəfər Şəmkir Rayon Mərkəzi Xəstəxanası PHŞ-də müayinə və müalicə olunub.

Eyni zamanda, Vətən müharibəsi iştirakçılarından 360 nəfər, qazilərdən (müharibədə xəsarət alanlar da daxil olmaqla) 150 nəfər, şəhid ailələrindən isə 45 nəfər müayinə və müalicə üçün müraciət edib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır