Oksolin məlhəmi insanı koronavirusdan müdafiə edə bilər? - Ekspertdən açıqlama
03.10.2020 13:43

Hər kəsə məlum olan "xalq metodu" hesab olunan oksolin məlhəmindən soyuqdəyməyə qarşı profilaktik məqsədlə geniş istifadə olunur. Onun burun dəliklərinə çəkilməsi ilə virusdan qorunmaq mümkündür.

 

Aztibb.az medikforum.ru-ya istinadla xəbər verir ki, Moskva klinikalarından birinin həkim-terapevti Tatyana Romanenko oksolinin koronavirusla mübarizədə effektivliyi barədə danışıb.

 

Həkim bu məlhəmin koronavirusun orqanizmə daxil olmasının qarşısını almaqda roluna skeptik yanaşıb. Ekspert xatırladıb ki, antibakterial fəallığa malik olan oksolin turşusundan fərqli olaraq  məlhəmin tərkibində tamamilə başqa maddə - oksolin mövcuddur. Bu maddənin viruslara qarşı müsbət təsirinə dair hər hansı elmi sübut mövcud deyil, - deyə Romanenko bildirib.

 

O, qeyd edib ki, məlhəmdən istifadə həmçinin neqativ nəticələrə də səbəb ola bilər:

 

"Həkim-otorinolarinqoloqların fikrincə, yağlı məlhəmi burnun selikli qişasına çəkdikdə o, epitelinin və burundakı qoruyucu mexanizmlərin işini çətinləşdirir".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub