Boğaz ağrısının tez bir zamanda qarşısının alınması üçün - Effektiv təbii vasitələr
03.10.2020 13:08

Payız-qış mövsümündə ən çox rast gəlinən problemlərdən biri də boğaz ağrısı, badamcıqların iltihabı, yəni anginadır.

 

Çox tez-tez təkrarlanmayan boğaz ağrısına qarşı evdə də tədbir görmək olar və bu çox zaman öz müsbət nəticəsini göstərir. Boğaz ağrısına, iltihaba, anginaya qarşı ən yaxşı təsir edən təbii vasitələr hansılardır?

 

Aztibb.az xəbər verir ki, burada ilk növbədə çoxlu miqdarda maye qəbul etməyin vacib olduğu bildirilir. Bundan başqa, ağıza düzgün qulluq edilməsi, antiseptik ve antibakterial qarqaralar olduqca təsirli sayılır. Süd və sarıkök həmin bölgənin infeksiyadan təmizlənməsində mühüm rol oynayır. Sarımsağın da antibiotik təsiri boğaz ağrısının tez bir zamanda aradan qalxmasına kömək edir.

 

Boğaz ağrısına qarşı, iltihabın müalicəsində bitki çayları da müsbət təsir göstərir. Bunun üçün çobanyastığı çayı, adaçayı, mixək dəmələməsini misal göstərmək olar. Həmçinin toyuq şorbası, bal və sarımsaq qarışığının faydalı olduğu bildirilir. Amma mütəxəssislər hesab edir ki, tez-tez boğaz ağrısı olarsa, ildə 5-6 dəfə angina yaranarsa, bu, evdə müalicə ilə keçən hal deyil, mütləq həkimə müraciət olunmalıdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub