“Tənəffüs və ürək dayanmalarda təməl həyata dəstək” tədbirləri üzrə BLS təlimi keçirilib
23.01.2023 10:05
“Medic School Training Center” və Qəbələ Rayon Mərkəzi Xəstəxanası tərəfindən xəstəxananın həkim və orta tibb heyəti üçün “Tənəffüs və ürək dayanmalarda təməl həyata dəstək” tədbirləri üzrə BLS təlimi keçirilib.
 
Qəbələ Rayon Mərkəzi Xəstəxanasından Aztibb.az-a bildirilib ki, təlimdə körpələrdə və böyüklərdə huşun qiymətləndirilməsi, ürək dayanmalarında CPR (ürək ağciyər reanimasiya) tədbirləri, AED (avtomatik xarici defibrilyator) cihazından istifadə qaydaları, tənəffüs dayanmalarında ilkin müdaxilələr, döş ağrıların idarə olunması və s. mövzular üzrə iştirakçılara ətraflı məlumat verilib.
 
Təlimin məqsədi tibb işçilərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi olub. İştirakçılar tərəfindən maraqla qarşılanan təlimdə ən müasir tibbi avadanlıqlardan istifadə olunub.
 
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır