Alimlərdən mühüm kəşf: Genlər aşkarlandı
22.01.2023 19:52

Alimlər yumşaq toxuma xərçənginə səbəb olan genləri müəyyən ediblər. 

 

Avstraliyalı alimlər uşaqlarda ən çox yayılmış xərçəng növlərindən biri olan yumşaq toxuma xərçənginə (sarkomaya) səbəb olan əsas genləri aşkarlayıblar. 

 

Aztibb.az cumhuriyet.com-a istinadən xəbər verir ki, “Science” jurnalında dərc edilən araşdırmaya görə, yumşaq toxuma xərçəngi olan hər 14 nəfərdən birində bu növ xərçəngin niyə meydana gəldiyini izah edən gen xəritəsi var. 

 

Sidney şəhərindəki Qarvan İnstitutunda genetik xərçəng riski üzrə tədqiqatçı Mendi Ballinger bildirib ki, bu tədqiqatın nəticələri çox vacibdir, çünki yumşaq toxuma xərçənginin necə inkişaf etdiyini anlayaraq, biz xəstəliyi daha erkən aşkarlamaq və daha yaxşı müalicələr üçün əsas mərhələni keçmişik. 

 

Yumşaq toxuma xərçəngi sümük, əzələ, yağ və qığırdaq da daxil olmaqla bədənin birləşdirici toxumasında başlayır. Bu növ xərçəng 20 yaşdan aşağı insanlarda diaqnoz qoyulan xərçəng növlərinin təxminən 20 faizini təşkil edir.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib