İspaniya orqan köçürülməsi sahəsində Avropa İttifaqı ölkələri üzrə liderdir
21.01.2023 23:36

İspaniyada 2022-ci ildə orqan köçürmələrinin sayı əvvəlki il ilə müqayisədə, 13 faiz artıb.

 

Aztibb.az AZƏRTAC-a istinadla xəbər verir ki, İspaniyanın səhiyyə naziri Karolina Dariasın sözlərinə görə, 2021-ci ildə orqan köçürülməsi üzrə 5383 əməliyyat və ya orta hesabla hər gün 15 əməliyyat aparılıb.

 

Bundan əlavə, əhalinin hər milyon nəfərinə düşən donorların sayına (46,3) görə liderliyi davam etdirən İspaniya 2021-ci ildə Avropa üzrə (19,3), həmçinin ABŞ (41,6), İsveç (19,3) və Almaniya (11,1) kimi ölkələr üzrə bu göstəricini üstələyir.

 

Nazir qeyd edib ki, orta hesabla 10 ailədən 8-i dünyasını dəyişən qohumunun orqanlarının köçürülməsinə razılıq verir.

 

Karolina Dariasın sözlərinə görə, İspaniya dünyada yeganə ölkədir ki, burada asistoliya halında (bioelektrik aktivliyinin itirildiyi zaman ürəyin fəaliyyətinin dayanması) bütün növ orqanlar köçürülür.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır