Ümumxalq Hüzn Gününə həsr olunmuş tədbir keçirilib
20.01.2023 09:41

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş tədbir keçirilib.

 

Bu barədə Aztibb.az-a İnstitutdan məlumat verilib.

 

Öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

İnstitutun direktoru, t.e.d., professor Cəmilə Qurbanova açılış nitqi ilə çıxış edərək, Vətənimizin azadlığı, bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərin ruhlarına rəhmət, qazilərə Allahdan səbir diləyib.

 

Daha sonra müəssisənin YAP təşkilatının sədri Ədalət Əliyev xalqımızın azadlıq mübarizəsinin ən bariz nümunəsi olan həmin gecə yaşananlardan danışıb. O, faciəli günlərdə Azərbaycan xalqının haqq səsini Moskvadan bütün dünyaya çatdıran Ümummilli Lider Heydər Əliyevin xüsusi xidmətlərini vurğulayıb. Bildirib ki, 20 Yanvar hadisələri zamanı olduğu kimi, 44 günlük Vətən Müharibəsində də xalqımızın birlik ruhunun, bir yumruq kimi birləşməsinin şahidi olduq.

 

İnstitutun Həmkarlar İttifaqı Komitəsinin sədri Kəmalə Heydərova öz çıxışında dinc əhaliyə qarşı törədilən hadisənin acı nəticələrindən, xalqımızın birliyindən söz açıb. 

 

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, ETMGİ-nin Yenidoğulmuşların Reanimasiya və İntensiv Terapiyası şöbəsinin müdiri Rüstəm Hüseynov 20 Yanvar tarixinin xalqımızın yaddaşında istiqlal mübarizəsinin qələbəsi kimi həkk olunduğunu deyib. Mövqeyindən asılı olmayaraq hər bir vətəndaşın könüllü şəkildə mübarizə apardığını dönə-dönə vurğulayan R.Hüseynov bunun bizim vətəndaşlıq borcumuz olduğunu bildirib.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama