Qışda dəri qurumasının qarşısını almağın yolları - Mütəxəssis rəyi
19.01.2023 11:49

Qışda dəri quruyur və bədən nəmini daha tez itirir. Susuzlaşmış dəri qıcıqlanır.  

 

Bəs qışda dərinizin qurumasının qarşısını almaq üçün nə etməlisiniz?  

 

Aztibb.az bu barədə cnnturk.com-a istinadən xəbər verir. Dermatoloq belə izah edir: 

 

Dərinin quruluğunu ən çox gördüyümüz vaxtlardan biri də qış aylarıdır. Bunun əsas səbəbi soyuq hava olsa da, səbəblərdən biri içəridəki havanın isinməsi və nəmini itirməsidir. 

 

Quru dəri qaşınma və soyulma kimi şikayətlərə səbəb ola bilər. Bunun xaricində mikroskopik çatlardan daxil olan mikrobların səbəb olduğu infeksiyalar və ya bu çatlardan daxil olan allergenlər səbəbiylə ekzema, dermatit kimi dəri xəstəlikləri görülə bilər. 

 

Xüsusilə çox soyuq havalarda dərimizi əlcək, şərf kimi aksesuarlarla qorumalı və soyuq havanın dəri ilə təmasını minimuma endirməyə çalışmalıyıq. Bundan əlavə, otaqda ətraf mühitin rütubətinə nəzarət etməli, lazım gələrsə qızdırıcıların üzərinə su qabı qoyaraq mühiti nəmləndirməliyik. 

 

                  

Dəri quruluğunu aradan qaldırmaq üçün etməli olduğumuz ilk şey dərinin itirdiyi nəmi bərpa etməkdir. Bunun üçün nəmləndiricidən istifadə etmək vacibdir. Dərini yuduqdan sonra, xüsusən də duş qəbul etdikdən sonra ilk beş dəqiqədə, nəmlik hələ də dəridə ikən bu nəmi dəriyə bağlamaq üçün nəmləndirici vasitələrdən istifadə etmək vacibdir. 

 

Dərimizi necə qurulamaq da önəmlidir. Mütləq sürtməklə deyil, dəsmalı dərimizə yüngül toxunduraraq qurutmalıyıq. İstifadə etdiyimiz su da çox isti olmamalıdır. Çox isti su dərinin nəmini itirməsinə səbəb olur.  

 

Bundan başqa, qidalanmamız da önəmlidir. Gündə ən az 2 litr su içmək dərinin nəmini saxlamağa kömək edir.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama