"Həkimlərimizi tanıyaq!" - Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının həkimi Aidə Həsənova
19.01.2023 11:19

Aztibb.az "Həkimlərimizi tanıyaq!" rubrikasında Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Şüa-Diaqnostika şöbəsinin həkimi Aidə Həsənova haqqında məlumatı təqdim edir:

 

A.Həsənova 1984-cü ildə Masallı rayonunda anadan olub.

 

2002-2008-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində təhsil alıb.

 

2009-cu ildə Bakı şəhər M.Ə.Əfəndiyev adına 2 №-li Şəhər Klinik Xəstəxanasında internatura keçib.

 

2010-cu ildə Mingəçevir ŞMX-nın Poliklinika şöbəsində əmək fəaliyyətinə başlayıb.

 

2015-ci ildə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetində Həkimlərin Funksional Diaqnostikası üzrə Təkmilləşmə kursu keçib.

 

2022-ci ilin dekabr ayının 2-dən MŞX-nın Şüa-Diaqnostika şöbəsində USM həkimi kimi vəzifəsini davam etdirir.